
Niderlandın Azərbaycandaki Səfirliyi Qürur yürüyüşünə dəstək paylaşımı edib:

“Ötən həftə Pride Amsterdam ilə bağlı Amsterdamın küçələri bərabərlik, rəngarənglik və bayram ovqatına bürünmüşdü. Bu il Amsterdam rəsmi olaraq WorldPride 2026-ya ev sahibliyi etmək hüququ qazandığı üçün tədbir xüsusilə əlamətdar hesab olunur.
Niderland Krallığı hər kəsin, o cümlədən LGBTQ+ fərdlərin hüquqlarının qorunmasına sadiq qalır.”
Qeyd edək ki, WorldPride (Dünya Qüruru), LGBTQ+ icmasının fərqindəliyini artırmaq və hüquqlarını müdafiə etmək məqsədilə hər il keçirilən beynəlxalq festivaldır. İlk dəfə 2000-ci ildə Roma şəhərində keçirilmiş bu tədbir, müxtəlif şəhərlərdə təşkil olunur və hər il daha da genişlənir. WorldPride-in proqramında, paradda iştirak, açıq hava konsertləri, sərgilər, film nümayişləri, panel müzakirələri və müxtəlif tədbirlər yer alır. Hər il fərqli bir şəhər tərəfindən qəbul edilən bu festival, həm də LGBTQ+ icmalarına dəstək verən siyasi və sosial fəallığın yüksəlməsi üçündür.