Sevinc Hüseynova nifrət çağırışlarından əl çəkmir

Sevinc Hüseynova nifrət çağırışlarından əl çəkmir

Bu videoda Azərbaycan mediasında LGBTQA+lara qarşı nifrət nitqinin konkret nümunələri əks olunur.

Jurnalist Sevinc Hüseynova sosial şəbəkələrdə fenomen Velizarı dəstəkləyən insanlara qarşı alçaldıcı ifadələr işlədərək onların “şəxsiyyətinə” və “mənliyinə” hörmətsiz yanaşıb. Bu, Velizarın ehtiyacı olan insanlara dəstək göstərməsi və xeyriyyə fəaliyyəti ilə tanınmasına baxmayaraq baş verir. 

Eyni paylaşımda o, jurnalist Səidə Bəkir qızına müraciət edərək onun daha əvvəl səsləndirdiyi “qızlaşma narkotikdən daha betər bəladır” fikrini xatırladıb və hazırda Velizarı dəstəkləməsini ironiya ilə qarşılayaraq ziddiyyət kimi təqdim edib. Səidə Bəkir qızı isə cavabında Velizarı müdafiə etməsinin səbəbini onun insanlara yardım etməsi ilə izah edib.

Hər iki jurnalistin çıxışlarında LGBTQA+lara qarşı damğalayıcı və fobik ritorika açıq şəkildə görünür. Diqqətçəkən məqam ondan ibarətdir ki, müzakirə konkret davranışlardan çox, fərdlərin cinsi və gender kimliyinin qiymətləndirilməsi üzərində qurulur. 

Bir tərəfdə LGBTQA+lara dəstək verənlərin kollektiv şəkildə təhqir edilməsi, digər tərəfdə isə qəbulun yalnız “faydalılıq” (məsələn, xeyriyyə fəaliyyəti) ilə şərtləndirilməsi müşahidə olunur. Bu da Azərbaycanda LGBTQA+ların hüquq və ləyaqətinin şərtsiz deyil, situativ və seçici şəkildə tanındığını göstərir.

Paylaş