Rusiyada yeni qanun: İnternetdə “ekstremist” məzmun axtaranlara cərimə tətbiq ediləcək

Rusiyada yeni qanun: İnternetdə “ekstremist” məzmun axtaranlara cərimə tətbiq ediləcək
Some ten Gay right activists attend a rally as they mark World Day Against Homophobia and Transophobia in Saint Petersburg on May 17, 2019. - Four of the LGBT activists arrested in Russia's second largest city. (Photo by Olga MALTSEVA / AFP) (Photo credit should read OLGA MALTSEVA/AFP via Getty Images)
OLGA MALTSEVA/AFP via Getty Images

Rusiyada qəbul edilən yeni qanuna əsasən, onlayn şəkildə “ekstremist” kimi tanınan məzmunu bilə-bilə axtaran və ya ona baxmağa çalışan şəxslər 5 000 rubladək cərimələnəcək. Qanun iyulun 22-də Dövlət Dumasında 68% səslə qəbul edilib və sentyabrın 1-dən qüvvəyə minəcək.

Qanun Rusiyanın Ədliyyə Nazirliyinin tərtib etdiyi 500 səhifədən artıq “ekstremist təşkilatlar” siyahısına əsaslanır. Bu siyahıya uzun müddətdir qadağan edilmiş “Yolsuzluqla Mübarizə Fondu” (müxalif siyasətçi Aleksey Navalnıya məxsusdur), Meta Platforms (Facebook, Instagram, WhatsApp) və “beynəlxalq LGBTİ+ hərəkatı” da daxildir. Bu isə LGBTİ+ icmasının hüquqi və rəqəmsal mövcudluğunu daha da çətinləşdirir.

Dövlət rəsmiləri bildirir ki, sadəcə bu platformalara daxil olmaq yox, məzmunu “bilərək və məqsədli şəkildə” axtarmaq və ya izləməyə cəhd cəzalandırılacaq. Lakin istifadəçinin niyyətini necə sübut etmək mümkün olacağı qeyri-müəyyəndir. Rəqəmsal hüquqlar üzrə mütəxəssislər bu qanunun şəxsi məxfiliyə və informasiya azadlığına ciddi təsirlər göstərəcəyini bildirir.

Roskomsvoboda təşkilatının həmtəsisçisi Sarkis Darbinyan Reuters xəbər agentliyinə deyib ki, bu qanunun əsas məqsədinin cəmiyyətdə qorxu və qeyri-müəyyənlik hissini artırmaqdır: “İnsanlar bəzi kanallardan çıxmağa, tətbiqləri silməyə başlayacaq. Avtosenzura sürətlənəcək.”

Qanunun məqsədinin ölkədə “rəqəmsal suverenlik” yaratmaq olduğu bildirilir. Moskva yerli texnologiyaları, o cümlədən MAX adlı hökümətə bağlı mesajlaşma tətbiqi  təşviq edilsə də, əhali arasında xarici platformalara asılılıq hələ də davam edir.

Təhlilçilər hesab edir ki, bu addım yalnız müxalif fikirlərə deyil, həm də marjinallaşdırılmış icmaların, xüsusilə də LGBTİ+lərin məlumat əldə etmə və ünsiyyət imkanlarını daha da məhdudlaşdıracaq.

Mənbələr: [1], [2], [3], [4]

Paylaş