Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Naxçıvanda yeniyetməyə təcavüz edənlərdən 1-nin cəzası artırıldı
  • Yerli

Naxçıvanda yeniyetməyə təcavüz edənlərdən 1-nin cəzası artırıldı

Qıy Vaar! Sentyabr 26, 2025
İllustrasiya: Carl Godfrey/The Guardian

Sentyabrın 25-də Naxçıvanda 3 hərbçi və 1 mülki şəxs tərəfindən təcavüzə məruz qaldığı bildirilən 15 yaşlı oğlanın işi ilə bağlı apelyasiya şikayətinə baxılıb. Bu şikayət daha öncə aşağı instansiya məhkəməsinin hərbçilərdən ikisini mühakimə edərək onlardan birinə 1 il, digərinə isə 9 ay həbs cəzası verməsi ilə bağlı yeniyetmənin ailəsi tərəfindən verilib. Ailə cəzaların artırılmasını tələb edib.

Məhkəmə prosesi, təqsirli bilinən şəxslərdən birinin Sənan Pənahovun cəzasının artırılması ilə nəticələnib. Zərərçəkənin atası Novruz Musayevin verdiyi məlumata görə, əvvəlki məhkəmə qərarına əsasən, Sənan Pənahova yalnız 9 ay cəza verilmişdi.

Novruz Musayev, təcavüzçülər barəsində yüngül cəza qərarları çıxaran hakim Səxavət Hüseynov barəsində də protokol tərtib olunduğunu qeyd edib. Xatırladaq ki, iki həftə öncə Qıy Vaar! apardığı araşdırma ilə həmin hakimin fotosunu əldə edərək yayımlamışdı.

Əlavə olaraq, Novruz Musayev, mülki vətəndaş olan digər bir təqsirləndirilən şəxsin – Barış Əlizadənin cəzalandırıldığını bildirib.

“Bu gün Barış Əlizadənin vəkili ilə görüşdüm və mənə bildirdi ki, artıq məhkəmə keçirilib və Barışa 4 ildən artıq cəza verilib. Mən isə məhkəmənin keçirilməsi barədə heç bir bildiriş almadım,” – deyə Novruz Musayev qeyd edib.

Yeniyetmənin atası Novruz Musayev övladına 3 hərbçi və 1 mülki şəxs olmaqla ümumilikdə 4 nəfər tərəfindən təcavüz edildiyini bildirmişi. Həmin şəxslərlə bağlı vəziyyəti aşağıda təqdim edirik:

  1. Sənan Pənahov (hərbçi) – cəzası 9 aydan 2 ilə artırıldı.
  2. Səbuhi Əsədov (hərbçi) – 1 illik həbs cəzası olduğu kimi qüvvədə saxlanıldı.
  3. Araz Əsədov (hərbçi) – haqqında heç bir cəza yoxdur.
  4. Barış Əlizadə – yeniyetmənin atası 4 ildən çox cəza aldığını bildirir.
Paylaş

Continue Reading

Previous: ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti
Next: Xəzər Universitetinin dekanı eynicinsli nikahları hədəf alıb

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.