Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Macarıstan höküməti paradın qarşısını kəsmək istəyir – “uşaqların qorunması” üçün göz önündə olmamalıdır”
  • Xarici

Macarıstan höküməti paradın qarşısını kəsmək istəyir – “uşaqların qorunması” üçün göz önündə olmamalıdır”

Qıy Vaar! Mart 2, 2025

Macarıstan hökuməti Budapest Pride-ı məhdudlaşdırmaq istəyir. Hökumət, Budapest Pride yürüşünün əvvəlki illərdə olduğu kimi şəhər mərkəzində deyil, qapalı məkanda keçirilməsini tələb edir. Baş nazir Viktor Orbanın aparat rəhbəri Gergely Gulyás bunu “uşaqların qorunması” adı altında əsaslandırıb.

26 fevralda 24.hu xəbər saytına danışan Gulyás bildirib ki, yürüşün əvvəlki formatda keçirilməsi yolverilməzdir və yeni məqsəd guya “uşaqların müdafiəsini təmin etməkdir”. O, qapalı məkanda keçiriləcək tədbirin belə bir təhlükə yaratmadığını da əlavə edib.

22 fevralda Orban tərəfdarları qarşısında çıxış edərək təşkilatçılara bu il Pride-ı keçirmək üçün “heç cəhd belə göstərməmələrini” tövsiyə edib və tədbiri “vaxt və pul itkisi” adlandırıb.

Budapest Pride hər dəfə ənənəvi olaraq şəhərin mərkəzi prospektlərindən biri olan Andrássy küçəsində keçirilib. Lakin Orban hakimiyyəti illərində LGBTQ+ icmasına qarşı sərt məhdudiyyətlər tətbiq edilir. 2021-ci ildə “homoseksuallığın təşviqini” qadağan edən qanun qəbul edilib, eyni zamanda, konstitusiyada evlilik yalnız bir kişi və bir qadın arasında ittifaq kimi yenidən tərif edilib. Ölkədə eynicinsli nikah tanınmır, həmçinin transların hüquqi tanınması tamamilə ləğv edilib.

Budapest Pride bu il 22 iyun tarixində planlaşdırılıb.

Paylaş

Continue Reading

Previous: Gündəmdə nələr var? – LGBTQ+lərə polis hücumu, azyaşlı interseks əməliyyat edilib, ABŞ-da translar silahlanır
Next: Həbxanalarda translar nələr yaşayır?

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.