Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Litvalı feministin Gürcüstana girişi qadağan edilib
  • Xarici

Litvalı feministin Gürcüstana girişi qadağan edilib

Qıy Vaar! Mart 23, 2025
Mənbə: OC Media

15 ildir Gürcüstanda yaşayan litvalı qadın hüquqları müdafiəçisi Regina Jeqorova-Əsgərova ölkəyə buraxılmayıb. Gürcüstanın sərhəd nəzarəti xidmətinin ona təqdim etdiyi müvafiq sənəddə ölkəyə giriş qadağası ilə bağlı heç bir açıqlamaya yer verilməyib.

Martın 20-də səhər saatlarında Jeqorova-Əsgərova Facebook-da “heç bir izahat verilmədən geri deportasiya edildiyini” yazıb.

“Sevimli Gürcüstanımda düz 15 il keçirdikdən sonra artıq ölkəyə girməyimə icazə verilmir!” – o, yazıb.

Jeqorova-Əsgərovanın sözlərinə görə, ona “Gürcüstan qanunvericiliyində nəzərdə tutulan digər hallar” səbəbindən ölkəyə girişinə qadağa qoyulduğuna dair sənəd verilib ki, bu da dövlətin onun ölkəyə girişinə icazə verməməsinin konkret səbəblərini anlamağı çətinləşdirir.

Jeqorova-Əsgərova qeyd edib ki, “bu, qısaca olaraq ölkənin bu gün harada olduğunu aydın şəkildə göstərir”.

Əvvəllər jurnalist olan Jeqorova-Əsgərova 2017-ci ildən İsveçin Kvinna till Kvinna (Qadınlar üçün Qadınlar) qadın hüquqları təşkilatında işləyir və hazırda bu təşkilatın Cənubi Qafqaz üzrə regional direktoru vəzifəsini tutur.

O bildirib ki, Gürcüstanda ailəsi, o cümlədən iki övladı var vədaimi yaşayış yerinə sahibdir.

Jeqorova-Əsgərovanın sosial media hesablarına baxdıqda görünür ki, o, 2023-2024-cü illərdə vətəndaş cəmiyyəti və medianı hədəf alan xarici agentlər qanununa qarşı etirazını dilə gətirən Gürcüstan vətəndaşları ilə həmrəy olduğunu bildirib. Həmçinin, həmin vaxt mitinqlərdə iştirak edib.

OC Media şərh üçün Jeqorova-Əsgərova ilə, eləcə də Gürcüstanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasa da, hadisə haqqında xəbərini paylaşana qədər onlardan cavab ala bilməyib.

“Gürcüstan qanunvericiliyində nəzərdə tutulan digər hallar” ifadəsi tez-tez ayrı-ayrı şəxslərin, o cümlədən müxtəlif ölkələrin dissidentləri və jurnalistlərinin Gürcüstan sərhədlərindən geri deportasiya edilməsi halları üçün istifadə edilir.

Bu müddəadan, son illərdə, xüsusən də Ukraynada müharibə başlayandan bəri, Kremli tənqid edən rus muxaliflərin və jurnalistlərin ölkəyə girişini qadağan etmək üçün istifadəolunduğu görünüb. Qadağa ilə üzləşənlər arasında bir müddətdir Gürcüstanda yaşayanlar da yer alıb.

Ötən ilin oktyabrında Gürcüstanda baş verən siyasi prosesləri öz sosial mediasında aktiv şəkildə işıqlandıran çex-ingilisjurnalist Ray Baseley ölkəyə buraxılmayıb.

Baseley Ukrayna mediası olan The Kyiv Independent tərəfindən oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün Gürcüstana ezam olunmuşdu.

Sentyabrda Gürcüstan-Ermənistan ortaq media orqanı olan “Aliq Media”nın təsisçisi Arsen Xaratyanın ölkəyə girişi qadağan edilib və o, deportasiya edilməzdən əvvəl sərhəd xidmətinin əməkdaşları tərəfindən saatlarla Tbilisi hava limanında saxlanılıb.

Həmin ayın əvvəlində belaruslu jurnalist Andrey Mialeşka da bir neçə ildir ki, bu ölkədə yaşamasına baxmayaraq Gürcüstana buraxılmayıb.

Xaratyan və Mialeşkanın hər ikisinə “Gürcüstan qanunvericiliyində nəzərdə tutulan digər hallara görə” qadağa qoyulduğuna dair sənədlər təqdim edilib.

2023-cü ilin noyabrında müxalifətdə olan Vahid Milli Hərəkat (UNM) partiyasının britaniyalı siyasi məsləhətçisinin Gürcüstana girişinə icazə verilməməsindən sonra, Sosial Ədalət Mərkəzi yerli hüquq müdafiə təşkilatının direktoru Tamta Mikeladze OC Media-ya bildirib ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkəyə girişinə icazə verilməməsi gərəkən şəxslərin siyahısını tutub.

“Bir şəxsin hansı sübut standartı ilə, hansı hallarda, kim tərəfindən bu siyahıya salınması qanunla tənzimlənmir”, – deyə Mikeladze o zaman bildirib.

Mənbə: OC Media

Paylaş

Continue Reading

Previous: Macarıstan parlamenti bu il keçiriləcək Qürur Yürüşünü qadağan edib
Next: Azərbaycanda Qadın qətlləri və femisidi araşdırmaq nə qədər asandır?: Qadın Qətlləri platforması ilə danışdıq

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.