Kuir kimliklərin müxtəlifliyi və etiketlər

Kuir kimliklərin müxtəlifliyi və etiketlər

Cinsi orientasiyanı və gender kimliyini təsvir edən etiketlər,  məsələn, gey, lezbiyan, biseksual, panseksual, qeyri-binar və s. fərdlərin özünü ifadə etmək və tanımaq rolunu oynayır. Lakin bu terminlər yalnız özünüifadə forması olmaqla qalmır, eyni zamanda başqaları haqqında ön qənaətlər və gözləntilər formalaşdıra bilir. Bu zaman bir sual ortaya çıxır: müəyyən bir kimliyə sahib olmaq, o kimliyin başqaları üzərində də eyni cür “işləməsini” gözləmək, yəni onları da bu kimlik çərçivəsində qəbul etmək kuirfob bir davranış forması ola bilərmi? 

Əgər biz kimlik etiketlərinə salsaq görərik ki, gey, lezbiyan, biseksual və digər oxşar identifikasiya formaları ilk baxışdan sadəcə özünüifadədir. Məsələn, gey olmaq çox zaman belə izah olunur ki, özünü kişi kimi identifikasiya edən bir fərdin, özünü yenə kişi kimi identifikasiya edən bir digər fərdə qarşı romantik və ya seksual cazibə hiss etməsidir. Bu izah ideoloji cəhətdən belə bir nəticəyə gətirib çıxarır ki, bir münasibətdə gey olan fərd varsa, qarşı tərəf də kişi (və ya qadın) və gey olmalıdır, yəni cisnormativ və binar kimliklər sisteminə uyğun gəlməlidir. 

Lakin reallıqda münasibətlər və kimliklər daha mürəkkəbdir. Müxtəlif hallarda, bir tərəf özünü gey kimi identifikasiya etdiyi halda, qarşı tərəf qeyri-binar, genderfluid, poliseksual və ya başqa bir kimliklə özünü ifadə edə bilər. Belə hallarda tərəflərdən birinin digər tərəfi öz kimliyinə uyğunlaşdırmağa çalışması istər bilərək, istərsə də bilməyərək  kimlik etinasızlığına və bəzən də latent kuirfobiyaya səbəb ola bilər. 

Bu dinamika Julia Serano-nun “cissexual assumption” (sisseksual fərziyyə) anlayışı ilə də izah oluna bilər. Serano göstərir ki, sis və ya normativ genderli fərdlər çox zaman başqalarının gender və oriyentasiya kimliklərini öz baxış bucaqları ilə qəbul etməyə meyillidir. Bu da partnerin özünü qeyri-binar və poliseksual vəs kimi identifikasiya etməsinə baxmayaraq, onu “gey bir kişi” kimi görmək və bu kimliyi münasibətə proyeksiya etmək formasında özünü göstərə bilər. 

Bu mövzunun daha dərindən anlaşılması üçün anonim bir kuir fərdin Qıy Vaar!-a bölüşdüyü təcrübəsində belə dedi “Mənimlə münasibətdə olan və özünü gey  kimi identifikasiya edən biri, mənim əslində gey deyil, nonbinary və poliseksual olduğumu bilməsinə baxmayaraq, özünü uzun müddət hələ də gey kimi identifikasiya edirdi. Bu isə məni də gey kişi kimi gördüyü anlamına gəlirdi, halbuki mən özümü nə kişi olaraq, nə də gey kimi identifikasiya etmirəm.”

Bu nümunədə Judith Butler-in gender performativliyi nəzəriyyəsi ilə əlaqə qurmaq mümkündür. Butler-ə görə gender sabit bir kimlik deyil, sosial olaraq daim “yerinə yetirilən” davranışların nəticəsidir. Dolayısı ilə, bir partnerin digərini “kişilik”“gey olmaq” normativlərinə uyğunlaşdırması, sosial gözləntilərlə formalaşmış gender performansının qarşı tərəfə tətbiq olunması ola bilər.

Bu cür münasibətlərdə kimliyi yox saymaq və ya kuirfobiya əksər hallarda qaçınılmazdır yəni fərdin öz kimliyini ifadə etməsinə baxmayaraq, partnyoru tərəfindən başqa bir identifikasiya ilə qəbul olunması, psixoloji təzyiq və kimlik inkarı kimi təsirlər doğura bilər. Bu hal açıq-aşkar homofobik və ya transfobik görünməsə də, mikro aqressiya və bilik inkarı (epistemic invalidation) forması kimi təhlil edilə bilər. Bu davranışlar daha əvvəl qeyd olunduğu kimi niyyət daxilində kuirfob olmayabilər, lakin nəticə etibarilə fərdin kimliyini yox saymaqla problemli bir münasibət dinamikası qurulur.

Elə sözün əsl mənasında, Sara Ahmed-in “non-performative diversity” (Formal və görüntü xatirinə olmayan, əsl və mənalı müxtəliflik)  konsepti burada işə yarayır. Ahmed yazır ki, fərdlər çox zaman inklüzivlik dəyərlərini səsləndirsələr də, real praktikada bu dəyərlərin həyata keçirilməsi baş vermir. Eynilə, partnerin “mən səni olduğun kimi qəbul edirəm” deməsi, lakin hələ də onu öz seksual/gender kimliyinə uyğunlaşdırması bu cür “yerinə yetirilməyən inklüzivlik” nümunəsidir. Əslində bu sadalanan qeyri inkluzivlik nümunələri təkcə partnerlər arasında baş vermir, daha böyük icmalarda da bu hadisələr nəzərə çarpır, həmdə inkluzivlik dəyərlərini səsləndirən kuir təşlikat və kollektivlər tərəfindən. 

Nəticə etibarı ilə etiketlər kimlik ifadəsi üçün güclü vasitələrdir, lakin onların sərt və dəyişməz formalar kimi düşünülməsi zərərlidir. Şəxsin özünü necə identifikasiya etməsindən asılı olmayaraq, münasibətdə olduqları şəxslərin digər gender və orientasiya identifikasiyalarını qəbul etmələri şərtdir, əks halda partner tərəfindən passiv və ya aktiv şəkildə misgenderinqə məzur qalmaq ehtimalı yaranır.    

İstinadlar

Serano, J. (2007). Whipping Girl: A Transsexual Woman on Sexism and the Scapegoating of Femininity. Berkeley: Seal Press.

  Butler, J. (2004). Undoing Gender. New York: Routledge.

  Ahmed, S. (2012). On Being Included: Racism and Diversity in Institutional Life. Durham: Duke University Press.

Gay – Sexuality | GAYTHER LGBTQIA

Paylaş