Kubada translar cərrahi əməliyyat məcburiyyəti olmadan vəsiqələrində cins xanasını dəyişəcəklər

Kubada translar cərrahi əməliyyat məcburiyyəti olmadan vəsiqələrində cins xanasını dəyişəcəklər
YAMIL LAGE | GETTY IMAGES

Kuba Milli Xalq Məclisi 18 iyulda qəbul edilən yeni Dairə Vətəndaş Reyestri Qanunu ilə translara şəxsiyyət vəsiqələrində cins xanasını cərrahi gender adaptasiya əməliyyatlarına ehtiyac olmadan dəyişmək hüququ tanıyıb. Əslində 2013-cü ildən etibarən əməliyyatsız cins xanasının dəyişdirilməsi qanunla mümkün hesab edilsə də, insanlar hələ də məhkəmə qərarı və psixoloji diaqnoz kimi əlavə sübutlar təqdim etməyə məcbur idilər. Bu da prosesi həm uzun, həm də əlçatmaz hala gətirirdi. Artıq məhkəmə tələbi və əməliyyat sənədi tələb olunmayacaq, sadəcə vətəndaşın bəyanına əsasən qeyd ediləcək.

Eyni zamanda bu qanun şəxslərin ad və soyadlarının dəyişilməsi, Nikahsız ailə birləşmələrinin tanınması və sənədlərin rəqəmsal baza sisteminə keçidini əhatə edir. Bu da administrativ proseslərin sadələşdirilməsi məqsədilə həyata keçirilir.

Kuba ilk dəfə 2008-ci ildə translara dövlət hesabına gender adaptasiya əməliyyatı hüququ vermişdi. Lakin illər keçdikcə bu əməliyyatların sayı azaldı və prosedurların mürəkkəbliyindən müraciətlər belə az idi. 2022-ci ildə keçirilmiş referendumla qəbul edilən Ailə Məcəlləsindəki islahatlarda isə eyni-cinsli nikah, övladlığa götürmə hüququ və nigahsız birlikdə yaşayan ailələrin tanınması kimi müddəalar təsdiq edilmişdi.

Paylaş