Holokost xatirəsinə: Biz hələ də xatırlayırıq!

Holokost xatirəsinə: Biz hələ də xatırlayırıq!
Vizual: PinkNews

1933-1945-ci illərdə nasistlər tərəfindən həyata keçirilən Holokost insanlıq tarixinin ən dəhşətli soyqırımlarından biridir. Bu sistemli məhv siyasətinin əsas məqsədi nasist ideologiyasına uyğun olmayan bütün qrupları – xüsusilə yəhudiləri – cəmiyyətdən silmək, “ali irq” mifi üzərində qurulan totalitar bir nizam yaratmaq idi. Nəticədə təxminən 6 milyon yəhudi, eləcə də milyonlarla roman, əlil, siyasi müxalif, slavyan xalqlarının nümayəndələri, kuirlər və digər hədəf alınan qruplar qətlə yetirildi.

Bu soyqırım zamanı LGBTQ+ icması da xüsusi təqib və zorakılığa məruz qaldı. 1933–1945-ci illər arasında təxminən 100.000 nəfər gey və biseksual kişi saxlanıldı, minlərləsi həbsxanalara və konslagerlərə göndərildi və çəhrayı üçbucaqla damğalandı. Onların həbsdə ölüm faizi 60 idi və digər bütün qruplardan daha yüksək ölüm faizinə sahib idilər.

Araşdırmalar göstərir ki, lezbiyan qadınlar isə “asosial” hesab edilərək qara üçbucaqla işarələnir, ağır işgəncələrə və tibbi təcrübələrə məruz qalırdılar. Bu gün biz onların həyatını xatırlayır, adları tarixdən silinməyə çalışılan bütün qurbanların xatirəsini ehtiramla anırıq. Xatırlamaq – ədalətə, görünməyə və bir daha təkrarlanmamasına verilən sözdür.

Paylaş