
Gürcüstan sərhədçiləri pasportunda gender xanasına “X” yazılan alman vətəndaşı Lian von Salzenin ölkəyə girişinə icazə verməyib. Onlar şəxsiyyəti “saxtalaşdırmaqda” və səyahət məqsədi barədə “dəqiq məlumat təqdim etməməkdə” ittiham edilərək ölkəyə buraxılmayıblar..
OC Media bildirir ki, Lian Trabzondan Batumiyə səyahət etməyi planlayırmış. Türkiyə-Gürcüstan quru sərhədindən keçərkən, Türkiyə tərəfdə heç bir problem yaşanmasa da, Gürcüstan sərhədinə çatdıqda pasportlarını təqdim etdikdən sonra saxlanılıblar.
“Pasporta uzun-uzadı baxdı həmin adam, sonra həmkarının yanına getdi, ikisi birlikdə gülməyə başladılar. O an başa düşdüm ki, pasportla bağlı nəsə problem var.” – Lian OC Media-ya danışıb.
2024-cü il noyabrın 1-dən etibarən Almaniya vətəndaşları rəsmi sənədlərdə adlarını və gender xanasını dəyişmək və ya tamamilə sildirmək hüququna malikdirlər.
Daha sonra isə ona ölkəyə girişin rədd edilməsi ilə bağlı rəsmi sənəd təqdim olunub. Sənəddə səyahət üçün tibbi sığortası və ya kifayət qədər maddi vəsaitin olmaması, şəxsiyyət və səyahətin məqsədi barədə məlumat məlumat verməmək/yalan məlumat verməsi qeyd edilib. Lian sənədi imzalamaqdan imtina edib.
“Onlar nə sığortamı, nə də bank hesabımı yoxladılar, lazım olan sənədləri təqdim etməyə çalışdım. Artıq Gürcüstana getməyəcəyəm, amma bəlkə bu barədə danışsam, gələcəkdə başqaları üçün nəsə dəyişər” – deyə von Salzen bildirib.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) pasportlarda “X” göstəricisindən istifadəyə İkinci Dünya Müharibəsindən bəri icazə verir. Hazırda Almaniya da daxil olmaqla Avropada 7 ölkə, həmçinin Kanada, ABŞ, Meksika, Kolumbiya, Argentina, Pakistan, Hindistan, Nepal, Avstraliya və Yeni Zelandiya bu seçimi təqdim edir.