Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib
  • Xarici

Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib

Qıy Vaar! Sentyabr 2, 2025
Kapitan İbrahima Traore

Qərbi Afrikada yerləşən Burkina Fasoda hərbi idarəçilər homoseksuallığı cinayət elan edən qanunu qəbul ediblər. 2 sentyabr 2025-ci ildə keçid parlamentində müzakirəyə çıxarılan layihə bütün 71 üzv tərəfindən yekdilliklə təsdiqlənib.

Yeni qanuna görə, homoseksual münasibətdə olduğu müəyyən edilən şəxslər 2 ildən 5 ilə qədər həbs və əlavə olaraq pul cəriməsi ilə cəzalandırılacaq. Ölkəyə gələn əcnəbilər bu qanunu pozduqları halda deportasiya ediləcəklərlər. Ədliyyə naziri Edasso Rodrigue Bayala dövlət televiziyasında çıxış edərək bildirib: “Bu davranışlar mütləq hakim qarşısında cavab verəcəkdir” və homoseksuallığı “qəribə davranış” adlandırıb.

Burkina Faso hazırda 2022-ci ilin sentyabrında çevrilişlə hakimiyyətə gəlmiş kapitan İbrahima Traore tərəfindən idarə olunur. 34 yaşında hakimiyyətə gələn Traore ölkənin ən gənc liderlərindən biridir. O, hakimiyyətə gəldikdən sonra iki-üç ay ərzində təhlükəsizlik vəziyyətini yaxşılaşdıracağına və seçkiləri 2024-cü ildə keçirəcəyinə söz versə də, bu ilin mayında hərbi rəhbərlik seçkilərin ən azı beş il sonraya təxirə salınacağını elan edib. Yeni qəbul edilən qanun ölkədə LGBTQ+ icmasının hüquqi vəziyyətini kəskin şəkildə pisləşdirib.

Paylaş

Continue Reading

Previous: Aktyor Elmin Bədəlov: “İstəyirəm ki, azərbaycanlılar da özünü azad hiss etsin”
Next: İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”

Related Stories

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025
Sevdalizanın Ermənistandakı konserti dini dairələrin təzyiqi ilə ləğv edilib
  • Xarici

Sevdalizanın Ermənistandakı konserti dini dairələrin təzyiqi ilə ləğv edilib

Avqust 27, 2025

Son Postlar

  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib
  • Trump dövründə LGBTQ+ hüquqları: ABŞ-da azərbaycanlı translar nə yaşayır?
  • Finlandiyada azərbaycanlı qadın femisid qurbanı oldu
  • “Qarabağ” futbolçuları qadın hakimlə görüşmədilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.