Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Bloqlar
  • “Bakının 7 rəngi” – kuir tariximizin rəngli səhifəsi
  • Bloqlar

“Bakının 7 rəngi” – kuir tariximizin rəngli səhifəsi

Qıy Vaar! İyun 30, 2025

Onu yaradan şəxsin əsl adını heç kim bilmir. O, öz dövrünün ən populyar yerli LGBTQ+ səhifəsinə çevrilir. 7 il ərzində yerli və dünya şou-biznesindən ən maraqlı kuir xəbərləri izləyicilərə çatdırır, sonra isə fəaliyyətini dayandırır. Söhbət “Bakının 7 rəngi” səhifəsindən gedir.

25 noyabr 2013-cü ildə yaradılan “Bakının 7 rəngi” Facebook səhifəsi Tural Azərbaycan kimi tanınan kuir fəalın eyniadlı bloqunun davamı idi. 

2013-cü ildə Azərbaycanda İnstaqram bloqlar üçün bir o qədər də istifadə edilmirdi. Tik-Tokdan və başqa sosial şəbəkələrdən isə səs-soraq yox idi. Kuirlər haqqında Azərbaycan dilində kontent tapmaq heç də asan deyildi. Odur ki, ”Bakının 7 rəngi” qısa zamanda izləyici kütləsi toplayaraq sevilmişdi. 

Dünyanın və ölkənin ən maraqlı, ən rəngli məlumatlarını paylaşmağı hədəfləyən və hər zaman sevgini, humanizmi, tolerantlığı təbliğ etdiyini vurğulayan səhifənin ilk loqosunu öz dövrünün daha bir anonim LGBTQ+ siması – Dave Baku təxəllüslü şəxs hazırlamışdı. 

Digər bir loqosunun müəllifi isə rəssam Leyla Əli idi:

Səhifə öz paylaşımında deyirdi ki, yarandığı ilk gündən təkcə LGBTQ+lara deyil, cəmiyyətdəki fərqli qruplara qarşı ayrı-seçkiliyi qınayıb, fəaliyyətini daha çox bu yöndə qurub.

“Azərbaycanda hələ yenicə formalaşmağa başlayan feminist hərəkatının ən böyük dəstəkçilərindən biri də bizlərik! Eyni zamanda, LGBT fərdlərinə qarşı yönələn şiddətli, neqativ münasibəti də qınayırıq.

İstər əyləncəli, istər öyrədici paylaşımların əsas məqsədi, birmənalı olaraq, cəmiyyətimizdəki önyarğıları aşmaq, insanları incidən nifrət və aqressiyadan uzaq olmağa çağırmaqdır”, – səhifədə belə yazılırdı.

Bəli, “Bakının 7 rəngi” təkcə LGBTQ+ların deyil, qadınların və qız uşaqlarının hüquqlarına da işıq salırdı.

Səhifə mümkün qədər inklüzivliyi qorumağı və müxtəlif problemləri əhatə etməyi hədəfləyirdi:

Səhifədə yayımlanan paylaşımlar öz dövrünün kuir tarixini, kuir təşəbbüslərini və simalarını araşdırmağa çox kömək edir. Kuir icmanın sevimlisi olan bu bloq 2014-cü ildə, yəni fəaliyyətinin 1 ilinin tamamında ötən ilin ən yaddaqalan 25 insanını bir araya toplayır və arzu edir ki, növbəti ilin siyahısında yalnız azərbaycanlıların adı olsun. 

Növbəti – 2015-ci ilin tamamında isə arzusuna çatır və yalnız azərbaycanlıların adlarından ibarət siyahı paylaşır. Bu isə həmin vaxtda LGBTQ+ mövzularının kimlər və hansı təşəbbüslər tərəfindən diqqətdə saxlanıldığını görməyə imkan yaradır. 

Səhifə sadəcə aktivist təşəbbüslərinin vurğulanması ilə kifayətlənmir. Həm də yerli şou-biznesin rəngli xəbərlərini, eləcə də müxtəlif səhifə və xəbər portallarından gender və LGBTQ+ məzmunlu maraqlı video və digər materialları da izləyiciləri ilə bölüşür. Beləcə, öz dövrünün kuir arxivi rolunu oynayır:

“Bakının 7 rəngi” öz izləyiciləri ilə daima ünsiyyət saxlayır, müxtəlif mövzularda sorğular keçirir və onların fikirlərini soruşurdu. 

Əlbəttə ki, LGBTQ+ mövzusu siyasətdən kənar ola bilməz. Odur ki, Bakının 7 rəngi sayəsində yerli siyasi gündəmdə də kuirlərlə bağlı xəbərləri xatırlaya bilirik:

Bakının 7 rəngi həm də maarifləndirici materiallar dərc edir, cəmiyyətin fikrinin müsbət yöndə dəyişilməsi üçün çalışırdı.

Bir çox problemləri ön plana çıxarsa da, səhifənin başlıca motivi izləyiciləri əyləndirmək, onları nikbin notlara kökləmək üzərində qurulmuşdu. Dünyada baş verən xoş hadisələri bölüşməklə, “Bakının 7 rəngi” günlərin bir günü o xoş xəbərlərin Azərbaycanda da baş verəcəyinə dair ümidini itirmirdi:

2020-ci ildə səhifənin aktiv fəaliyyət dövrü başa çatır. 2021-ci ildə isə Bakının 7 rəngi cəmi 2 paylaşım edir və fəaliyyətinə yekun vurur. Rəngli bloqun ən son paylaşımı 18 fevral 2021-ci ildə tarixində olur və səhifənin qurucusu, blogger Tural Azərbaycan da səssiz-səmirsiz gözdən itir. Təxminən elə bu illərdən etibarən Azərbaycanda bir sıra kuir təşəbbüslər, təşkilatlar, səhifə və bloqlar yaranır. Gender və LGBTQ+ məzmunlu təlimlər, seminarlar, müzakirələr, tədbirlər baş tutur, çoxsaylı məqalələr dərc olunur, müsahibələr aparılır, videolar çəkilir. Lakin bütün bunların olmadığı bir zamanlarda rəngarəng kontenti ən müxtəlif mənbələrdən damla-damla toplayaraq izləyicilərini sevindirən “Bakının 7 rəngi” şirin bir nostalji hissi ilə xatirəmizdə yaşayır. 

Müəllif: Gülnara Mehdiyeva

Paylaş

Continue Reading

Previous: Hindistan məhkəməsindən tarixi qərar: Trans qadınlar da qadındır
Next: İstanbul Qürur Yürüşü bu il də qadağalar və həbslərlərlə üzləşdi

Related Stories

İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”
  • Bloqlar

İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”

Sentyabr 2, 2025
Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?
  • Bloqlar

Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?

Avqust 25, 2025
İnqilabi öpüşlər
  • Bloqlar

İnqilabi öpüşlər

Avqust 12, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.