Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Köşə
  • Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri
  • Köşə

Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri

Qıy Vaar! Sentyabr 17, 2025

Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci ilin sentyabrında qəbul etdiyi qərar ölkədə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirib. Qərarda vətəndaşın adı və soyadı onun kim olduğunu göstərən əsas nüans kimi qiymətləndirilsə də, bu hüququn mütləq olmadığı, ictimai maraqlar naminə məhdudlaşdırıla biləcəyi vurğulanır.

Fərdi və ictimai maraqlar arasında tarazlıq

Məhkəmənin arqumentləri iki istiqamətdədir:

 – Fərdi maraqlar yəni, şəxsin öz kimliyini ifadə etmək, psixoloji və sosial rahatlıq tapmaq hüququ

– İctimai maraqlar hansı ki, dövlət qeydiyyatının sabitliyi, milli adqoyma ənənələrinin qorunması və dövlət dilinin işlənməsinə əsaslanır.

Lakin bu tarazlıq praktikada transların hüquqlarına ciddi şəkildə zərər verir. Fərdi maraqlar “emosional motiv” kimi qiymətləndirilir, ictimai maraqlar isə prioritet sayılır.

Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə bildirib ki, ad və soyad insanın şəxsi həyatının və özünüifadə azadlığının ayrılmaz hissəsidir. Azərbaycan məhkəmə təcrübəsi isə bu prinsipi hələ də tanımır, transların gündəlik həyatında qarşılaşdıqları real çətinlikləri hüquqi çərçivədə nəzərə almır.

Trans İnsanlar üçün Hüquqi Çətinliklər

Ad, soyad dəyişməsi ilə bağlı hüquqi məhdudlaşmaların birində “Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir” müddəası qeyd olunur. Azərbaycanda cins göstəricisinin (gender marker) dəyişdirilməsi üçün heç bir qanuni mexanizm mövcud olmadığından, bu qanunvericilik müddəası transların gündəlik həyatını, işini, təhsilini və ümumiyyətlə, sosial mövcudluğunu çətinləşdirir. Qeyd edək ki, Azərbaycan qanunverciliyində transların ad, soyad və ata adını dəyişməsi heç bir qanunla tənzimlənmir. Bu səbəbdən icmanın bir çox üzvləri adlarını gender neytral ada dəyişməli olurdular. Gender neytral ada keçid etməyin özü də sadə deyil. Bunun üçün “Asan Xidmət” mərkəzlərinə yaxınlaşmalı, ad-soyad dəyişməsi üçün tələb olunan sənədləri təqdim etməli və ərizə yazmalıdırlar. Ərizə yazarkən dəyişmək istəmə səbəbiniz dəfələrlə soruşulur. Məhkəmənin bəyanlarından biri də odur ki emosional motivlər kifayət deyil. Belə halda gender neytral ada keçmə prosesinin özü də olduğundan daha da çətinləşə bilər. Translar üçün ad dəyişikliyi sadəcə zövq və ya estetik seçim deyil. Bu, gündəlik diskriminasiyadan qorunmaq, sosial münasibətlərdə öz kimliyinə uyğun qəbul olunmaq kimi həyati zərurətdir. Lakin məhkəmələr bu arqumentləri hələlik “real və ciddi səbəb” kimi tanımır.

İctimai maraqların qorunması arqumenti isə fərdi maraqları kölgədə qoyur. Dövlət qeydiyyatında sabitlik və adqoyma ənənələrinin müdafiəsi əsas götürüldükdə, fərdin şəxsi hüquqları ikinci plana keçir. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi ilə də ziddiyyət təşkil edir. 

Qanunvericilikdə nə gender markerinin dəyişdirilməsi, nə də transların spesifik hüquqları ilə bağlı ayrıca norma mövcuddur. Belə bir boşluq şəraitində Ali Məhkəmənin son qərarı faktiki olaraq transların adlarını dəyişdirməsini çətin hala gətirir. Nəticədə, transların gündəlik həyatda qarşılaşdığı real məhtudiyyətlər, məsələn, təhsil, iş, səhiyyə və sosial münasibətlərdə yaşadıqları uyğunsuzluqlar hüquqi sistem tərəfindən tanınmır. Onların fərdi maraqları “emosional motiv” kimi qiymətləndirilir. Ali Məhkəmənin qərarı hüquqi baxımdan dövlətin qeydiyyat sistemini və adqoyma ənənələrini qorumağa yönəlib. Lakin transların perspektivindən yanaşdıqda, bu qərar onların ən fundamental hüququ, öz kimliklərini ifadə etmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Bu isə Azərbaycan hüquq sistemində həm normativ, həm də institusional boşluqları açıq şəkildə üzə çıxarır.

Müəllif: Nul

Paylaş

Continue Reading

Previous: Trans qadını küçədə daşladılar – Bakıda transfob hücum
Next: Bakıda transfob hücumla bağlı bəyanat

Related Stories

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti
  • Köşə

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti

Sentyabr 25, 2025
Modern.az-dan homofob başlıq, homofob müsahib
  • Köşə

Modern.az-dan homofob başlıq, homofob müsahib

Sentyabr 24, 2025
Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə
  • Köşə

Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə

Sentyabr 23, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.