Türkiyədə LGBTİ+ icmasını hədəf alan yeni sistem yaradılıb

Türkiyədə LGBTİ+ icmasını hədəf alan yeni sistem yaradılıb

KaosGL saytının verdiyi məlumata görə, CİMER adlı rəqəmsal platforma üzərindən hər hansı bir müraciət etdikdən sonra istifadəçilərin qarşısına “Ailə İli Anketi” çıxır. CİMER sistemi  əslində onlayn olaraq şikayət, təklif, informasiya sorğusu və digər müraciətlərin Prezident Administrasiyasına elektron şəkildə çatdırılması üçün nəzərdə tutulub, amma görünür ki, Türkiyə höküməti anti-LGBTQ+ siyasətini böyütmək üçün yeni metodlar axtarır. Sorğularda artıq “ailə dəyərlərinin qorunması” adı altında kuir icmanı və qadınları hədəf alan ifadələr yer almağa başlayıb.

Anketin “sizcə, ailənin qorunması üçün ilk növbədə hansı ictimai siyasət həyata keçirilməlidir?” sualının cavab variantları arasında “LGBT ilə mübarizə” də yazılıb. Digər seçimlər “evliliyin təşviq edilməsi”, “doğum yardımlarının artırılması” “ailədaxili məsləhət xidmətlərinin yayğınlaşdırılması” kimi klassik ailəvi dəyərlərə fokuslanır.

Bundan başqa, “sizcə, ailə institutuna ən çox nə zərər verir?” sualının cavabları arasında isə “qlobal cinssizləşdirmə fəaliyyətləri” kimi kuirfob ifadələr istifadə olunub.

Paylaş