Ermənistanda daha bir trans fəal vəfat edib

Ermənistanda daha bir trans fəal vəfat edib
Sosial media: Nikita Yenqibaryan

Ermənistanın trans təşkilatı Rightside NGO xəbər verir ki, trans fəal Nikita Yenqibaryan bir neçə gün öncə Yerevandakı mənzilində vəfat edib. Onun bədəni dünən axşam icma üzvlərindən biri tərəfindən aşkar edilib.

Hal-hazırda ölümün səbəbi araşdırılır. Hüquq-mühafizə orqanları intihar ehtimalını nəzərdən keçirir, lakin Nikitanın zorakılığa məruz qaldığına dair izlər tapılmayıb.

Fəallar deyir ki: “Nikita illərdir Ermənistan trans icmasının problemlərini ictimailəşdirir, sistemli ayrı-seçkilik və sosial ədalətsizliklərə qarşı mübarizə aparırdı.”

Ermənistanlı fəallar istintaqı izləyir və əlavə məlumatları ictimaiyyətlə paylaşacağını bildirib.

Paylaş