London mərkəzində keçirilən Qürur Yürüşü bu dəfə gözlənilməz bir şəkildə dayandırılıb. “Youth Demand” adlı aktivist qrup yürüşün sponsoru olan CISCO şirkətinə qarşı çıxaraq “No Pride in Genocide” (Soyqırımda qürur olmaz) yazılı plakatlarla aksiyaya qoşulub və şirkətə aid maşına qırmızı boya ataraq etiraz ediblər.
CISCO dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biridir. Aktivistlər deyirlər ki, şirkət İsrail ordusuna infrastruktur və kibertexnologiya dəstəyi verir. Onların fikrincə, bu cür şirkətlərin LGBTQ+ tədbirlərində sponsor kimi görünməsi “pinkwashing”dir (insan haqları pozuntularını LGBTQ+ simvolikası ilə ört-basdır etmə cəhdi).
Fəalların etirazı yalnız bir neçə dəqiqə davam edə bilib, yürüş isə qismən dayandırılıb. Polis etiraza dərhal müdaxilə edib və 6 fəal saxlanıb.