İstanbul Qürur Yürüşü bu il də qadağalar və həbslərlərlə üzləşdi

İstanbul Qürur Yürüşü bu il də qadağalar və həbslərlərlə üzləşdi
Via: sosial media

Bu il İstanbulda 23-cü dəfə təşkil olunan LGBTİ+ Qürur Yürüşü yenidən ciddi qadağalar və polis zorakılığı ilə qarşılanıb. “Yaşamağa İsrar” şüarı ilə keçirilən yürüşə polis müdaxilə edib.

Yürüşdən bir gün əvvəl, Beyoğlu rayon rəhbərliyi sosial şəbəkələrdə edilən toplaşma çağırışlarını əsas gətirərək rayondakı bütün açıq hava tədbirlərini 24 saat müddətinə qadağan edib. Qərar “ictimai asayiş və ictimai sülhün poza biləcəyi” cavabı ilə əsaslandırılıb.

Bu qadağa, Türkiyədə sərbəst toplaşma hüququnu tənzimləyən 2911 saylı qanunla, həmçinin fövqəladə hallarda valiliklərə və rayon rəhbərliklərinə geniş səlahiyyətlər verən 5442 saylı qanuna əsaslandırılıb. Həmin qanunlar yerli icra hakimiyyəti orqanlarına “ictimai təhlükəsizlik” əsası ilə açıq hava tədbirlərini qadağan etmək səlahiyyətini verir.

Qadağaya əsasən Taksim Meydanı, Gezi Parkı, Sıraselviler küçəsi və İstiklal küçəsi kimi bir çoxmərkəzi əraziyə dəmir barrikadalar qoyulub. Polis yürüşdən öncə bu ərazilərdə həm piyada, həm də nəqliyyat hərəkətini məhdudlaşdırıb.

Polis Müdaxiləsi və Həbslər

Yürüş günü – 29 iyun tarixində, LGBTİ+ fəallarının Ortaköydə toplaşmasına imkan verilməyib. Yürüş başlamamışdan əvvəl bir çox fəal polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında aksiyadakı polis zorakılığını işıqlandırmaq üçün çalışan jurnalistlər Evrim Gündüz, Nur Kaya və Özgür Yusuf Çelik və vəkillər də olmaqla, ən azı 55 nəfər olub.

Polis iştirakçılara qarşı sərt müdaxiləsi ilə yanaşı, ara küçələrdə Ümumi Məlumat Toplama (GBT) yoxlamaları həyata keçirilib. Ortaköy ətrafında polis müşahidəsi gecə boyunca davam edib.

Həbslərdən sonra LGBTİ+ Ailələri və Yaxınları Dərnəyi (LİSTAG) İstanbul Ədliyyəsinin və Çağlayan məhkəməsinin qarşısında həmrəylik çağırışı edib. Dərnək bəyanatında: “Uşaqlarımız qanunsuz şəkildə, əlləri arxadan qandallanaraq səhərə qədər gözlədildi. Vəkillərin içəri daxil olmasına icazə verilmədi” deyib.

Saxlanılan 55 nəfərdən Doğan Nur, Sinem Çelebi və Hivda Selen adlı LGBTİ+ fəalları həbs edilib, 50 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Həbs edilənlərin hamısı “icazəsiz aksiyta təşkil etmək” adı ilə saxlanılıb. Qürur Həftəsi Komitəsi saxlanılanların pis rəftara məruz qaldığını da vurğulayıb.

Komitə Yürüş zamanı oxuna bilməyən, lakin sonradan yayımlanan bəyanatında: “Görünməz edilməyə, susdurulmağa razı deyilik. ‘Ailə İli’ adlı siyasi kampaniyaya qarşı Qürur İlimizdəyik, buradayıq.” deyə yazıb. Dövlətin LGBTİ+ mövcudluğunu hədəf edən siyasətlərinə qarşı mübarizənin davam etdiyi vurğulanıb.

Bu ilki yürüyüşdə fəal yoldaşlarımız azərbaycanca da şüarlar qaldıracaqdı. Lakin baş verən repressiyalar səbəbindən mümkün olmayıb:

Paylaş