

Son günlərdə sosial şəbəkələrdə yayılan bir video Azərbaycanın sosial media seqmentində geniş müzakirələrə səbəb olub. Videoda ictimai fəal kimi təqdim edilən və hazırda “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri olan Toğrul Allahverdiyev masturbasiya edir. Həmin görüntülərdə azyaşlı olduğu iddia edilən bir gənc oğlan də yer alır və video hər iki şəxsin üzləri açıq şəkildə yayılıb.
Videonu ilk paylaşan bloger Tural Sadıqlı göstərilsə də, sonradan Toğrul Allahverdiyevin özü də sosial şəbəkələrdə bu görüntüləri paylaşaraq, gəncin 15 yaşında olduğunu yazıb və onun şəxsiyyətini açıq şəkildə ifşa edib. Toğrulun açıqlaması təxmini belə idi: “Şalvarıma girən arını çıxarırdıq”.
Bu hadisə bir neçə aspektdən narahatlıq doğurur: azyaşlının hüquqlarının pozulması, şəxsi həyatın ictimai “linç” alətinə çevrilməsi və seksual zorakılığın rəqabət vasitəsi kimi istifadəsi.
Burada hüquqi və etik problemlər də ortaya çıxır. Azərbaycan qanunvericiliyinə görə, 16 yaşından aşağı şəxslə intim təmas, “razılıq” olsa belə, cinayət məsuliyyəti yaradır. Hüquqşünasların fikrincə, azyaşlı bir fərdin bu cür görüntülərdə iştirakı və həmin materialların yayılması uşaqlara qarşı cinsi istismar və pornoqrafik materialın dövriyyəsi kimi dəyərləndirilə bilər. Bu səbəbdən, məsələnin hüquqi tərəfi ilə yanaşı, etik və psixoloji nəticələri də geniş müzakirə edilməlidir.
Əlavə olaraq, videoda görünən şəxsin ictimai statusu və hakimiyyət strukturlarına yaxınlığı, məsuliyyət yükünü daha da artırır. Hüquqşünas Aslan İsmayılov bildirib ki, Toğrul Allahverdiyev uzun illər dövlət qurumlarının himayəsində müxtəlif QHT və media strukturlarında təmsil olunub, Prezident Administrasiyasının keçmiş rəhbərliyi ilə yaxın münasibətləri olub və məmurlar qarşısında “ictimai xadim” kimi təqdim edilib.
O, həmçinin qadın haqları fəalı, feminist Vəfa Nağıya qarşı seçki dövründə yönəlmiş təxribatlarda iştirak etməsi ilə də yaddaşlarda qalıb. Həmin dövrdə Allahverdiyev başqa bir namizədin, Tənzilə Rüstəmxanlının, səlahiyyətli nümayəndəsi idi.
Bəs “ifşa siyasəti” təkcə hakimiyyətəmi xasdır?
Azərbaycan cəmiyyətində şəxsi görüntülərlə ifşa metodu yeni deyil. İllərdir qadın haqları fəalları, jurnalistlər, LGBTİQ+ icması gizli çəkilmiş və ya kontekstdən çıxarılmış videolarla ictimai tənqidə məruz qalıb, təhqir olunub, hüquqla yox, şantajla “susdurulub”. Bu tendensiya əsasən hökumət strukturları ilə əlaqələndirilsə də, son hadisələr göstərir ki, müxaliflər və ictimai fəallar da bu üsullara baş vura bilirlər.
Toğrul Allahverdiyev haqqında yayılan görüntüləri bəzi şəxslər “haqlı ifşa” kimi təqdim edir. Onlar deyirlər ki, bu şəxs bir çox insana zərər verib, indi “haqq etdiyi cavabı” alır. Bəs bu məntiq hakimiyyətin illərlə sərgilədiyi yanaşmaya bənzəmir?
Toğrul Allahverdiyev barəsində yayılan video, onun siyasi mənsubiyyətindən və əxlaqi reputasiyasından asılı olmayaraq, yenidən bu sualı gündəmə gətirir: Şəxsi həyatla bağlı yayılan görüntülər hansı halda “haqlı ifşa” sayılır və bu, kimlərin maraqlarına xidmət edir?
Kuir-feminist perspektivdə seksual həyat silah sayıla bilməz, azyaşlının seks görüntüsünü yaymaq cinayətdir, zərərçəkmişi ifşa edən şəxs artıq özünü də müdafiə mövqeyindən çıxarır. Bu perspektivə əsasən, azyaşlı zərərçəkmişin hüquqları və təhlükəsizliyi hər cür ideoloji revanşizmdən üstündür.
Zərərçəkən kimdir?
Bu hadisədə əslində bir yox, iki zərərçəkən var: cinsi istismar ehtimalı olan azyaşlı, seksual həyatına görə ictimai şəkildə ifşa olunan bir fərd.
Bu iki zərərçəkən bir-biri ilə toqquşur və ən təhlükəli hal da budur: zorakılığı törədənlə ifşa olunan eyni şəxs ola bilər, lakin bu, zorakılığın yayılmasını və normallaşdırılmasını haqlı etmir.
Toğrul Allahverdiyev barəsində yayılan video yalnız bir şəxsin reputasiyasını zədələmələməyə yönəlməyib, bu, həm də bütövlükdə cəmiyyətin şəxsi həyat, hüquq və etikaya dair yanaşmasını açıq şəkildə ifşa edir. Bu hadisə bir daha göstərir ki, istər hakimiyyətdə, istər müxalifətdə, istərsə də QHT və media sferasında fəaliyyət göstərən şəxslərin şəxsi məsuliyyəti, cinsi zorakılığa münasibəti və hüquqi sərhədləri bilməsi zəruridir.
Əks halda, şəxsi həyat üzərindən aparılan mübarizə formaları ictimai dəyişiklik yox, sadəcə zorakılığın formasını dəyişir.
Müəllifdən: Arzuediləndir ki, bu məsələdə “əxlaq müharibəsi” deyil, hüquq və empatiya üstün gələ. Bu yazıda heç kim “təmizə çıxarılmır”, sadəcə zorakılıqla mübarizə apardığını deyənlərin özlərinin zorakıya çevrilməməsinin vacibliyi xatırladılır.
Əgər Toğrul Allahverdiyev kimilərin cəmiyyətə zərər verdiyini düşünürüksə, bu, məhkəmə və hüquq yolu ilə, ictimai təzyiqlə mümkündür, azyaşlını ifşa edərək və zorakılığı təkrar edərək yox.
Müəllif: Elməddin Şamilzadə