Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Deputat Zahid Oruc: “Gender bərabərliyi” termini hüquq sistemimizi təhdid edir”
  • Yerli

Deputat Zahid Oruc: “Gender bərabərliyi” termini hüquq sistemimizi təhdid edir”

Qıy Vaar! May 30, 2025

Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin komitə Zahid Oruc deyib ki, “gender” sözünün bizim leksikonumuzda yumşaq güc silahı kimi əleyhimizə işlədiyini hər birimiz bilməliyik. Deputat iddia edib ki, bu termin və bu kimi digər sözlər ictimai fikri, ailə məfhumunu, tariximizi və ənənələrimizi, hüquq sistemimizi təhdid edən sözlərdir.

“Əlbəttə, Avropa Şurası qarşısında öhdəliklərimiz anlaşılandır, digər tərəfdən hüquqi normaların uyğunlaşdırılması da başadüşüləndir, lakin “gender” sözünün bizim leksikonumuzda yumşaq güc silahı kimi əleyhimizə işlədiyini hər birimiz bilməliyik. İddia etmirik ki, onu USAİD yaradıb və dövlətlərin hüquqi məkanına yeridərək düşüncələrdə qarşıqlıq yaradıb, lakin tədqiq etdikdə onun arxasında məkrli bir siyasətin olduğunu görürük. Halbuki əsas məqsəd dövlətin ailə siyasətini müzakirə etməkdirsə, o zaman müəqqədəs ailə institutunu qorumağa yönələn tədbirləri dəyərləndirmək üçün mütləq həmin termindən imtina etməliyik”, – deyə komitə sədri qeyd edib.

Modern.az-a istinadən xəbər veririk ki, deputat qadın və uşaq mövzusunda dünən mediamızın gündəmini 2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair məlumat təşkil etdiyini deyib.

“Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafik durumla bağlı 2022-ci ilə dair hesabatında belə qeyd edilib. Hesabatda göstərilir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu. 2022-ci ildə ölkədə baş verən cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxs var. Onlardan 7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da 309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli, gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub. Valideyn himayəsindən məhrum olan qadınların belə cinayət qurbanı olduğu şübhə doğrumur”, – Zahid Oruc əlavə edib.

Paylaş

Continue Reading

Previous: Kaos GL saytının baş redaktoru Yıldız Tar haqqında azadlığa buraxılma qərarı verildi
Next: İranda yaşayan Azərbaycan dilli LGBTQ+lər | Azərbaycan və İran arasındakı “əxlaq” gərginliyi

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.