Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Qafqaz ökələrində LGBTQ+ hüquqlarında vəziyyət nə yerdədir?
  • Xarici
  • Yerli

Qafqaz ökələrində LGBTQ+ hüquqlarında vəziyyət nə yerdədir?

Qıy Vaar! Aprel 10, 2025

ILGA-Europe beynəlxalq təşkilatının 2024-cü il üzrə hesabatının üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan, Ermənistan – indekslərini və bu üç ölkədə LGBTQ+ haqlarına dair bir sıra müxtəliflikləri paylaşırıq.

48 Avropa ölkəsini əhatə edən edən hesabatda Gürcüstan 36-cı, Ermənistan 45-ci, Azərbaycan 47-ci yerdə qərarlaşıb. Sonuncu yerdə isə Azərbaycanla arasında kiçik fərq olan Rusiya var. Digər qonşu Türkiyə isə 46-cı yerdir.

Hesabatın Azərbaycanla bağlı maraqlı hissəsi 2015-ci ildən etibarən illik qiymətləndirmədə sonuncu yerdə qərarlaşan ölkənin 9 il sonra bu yeri Rusiyaya ötürməsi olub.

Lakin Azərbaycanın bir pillə yüksəlməsi heç də LGBTQ+ haqları ilə bağlı vəziyyətin ötən dövrlə müqayisə daha da yaxşılaşması mənasına gəlmir. Hesabatda o da əks olunub ki, 2023-ci illə müqayisədə 2024-cü ildə ölkədə LGBTQ+ haqları bir qədər geriləyib.

Azərbaycanda vəziyyət son 12 illə müqayisədə ən pis həddədir.

2013-cü ildən etibarən “Göyqurşağı Xəritəsi” başlığı ilə ölkələrin illik qiymətləndirməsini yayımlayan ILGA-Europe bu dövr ərzində Azərbaycanda ən pis vəziyyəti 2024-cü ildə qeydə alıb.

Üç Cənubi Qafqaz ölkəsi üzrə bir sıra oxşarlıq və müxtəliflikləri təqdim edirik:

  1. Konstitusiyada tanınma: Heç birində.
  2. Ad dəyişdirmə haqqı: Gürcüstan və Ermənistanda.
  3. Genderin hüquqi olaraq tanınmasını mümkünsüz edən heç bir qanun yoxdur: Hər üç ölkədə.
  4. LGBTQ+lar qan verə bilər: Təkcə Ermənistanda.
  5. Qanunda nifrət cinayəti var (cinayət cinsi oriyentasiya səbəbindən həyata keçirilərsə): Təkcə Gürcüstanda.
  6. Qanunda nifrət nitqi var (nitqlə cinsi oriyentasiyası səbəbindən fərdlər hədəf alınarsa): Heç birində.
  7. İctimai birliklər fəaliyyət göstərir, birlik yaradılmasına dövlət maneəsi yoxdur: Gürcüstan və Ermənistanda.
  8. Cinsi oriyentasiyanı əhatə edən mövzularda sistemli işləyən insan haqları institutu var: Təkcə Gürcüstanda.

ILGA 160 ölkə və bölgədən LGBTQ+ təşkilatlarını çətiri altında cəmləşdirən və lezbiyan, gey, biseksual, trans, interseks fərdlərin insan haqları üçün kampaniya aparan beynəlxalq təşkilatdır. Bu sahədə dünyada ən böyük təşkilat olan ILGA adının açıqlaması “International Lesbian and Gay Association” – “Beyəlxalq Lezbiyan və Gey Asossaiyası”dır. ILGA-Europe isə bu təşkilatın Avropa və Mərkəzi Asiya ölkələri üzrə fəaliyyət göstərən qoludur.

Paylaş

Continue Reading

Previous: Tramp admistrasiyası gey miqrantı “banda üzvü” adlandıraraq həbs edib
Next: 1 DƏQiQƏ: Suriyanın LGBTQ+ dəstəkçisi naziri, Rusiya və Elon Maskın anti-LGBTQ+ arzuları

Related Stories

Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Yerli

Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib

Sentyabr 10, 2025
Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.