Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Niderlanddan sığınacaq alan 17 yaşlı rus trans qadın intihar edib
  • Xarici

Niderlanddan sığınacaq alan 17 yaşlı rus trans qadın intihar edib

Qıy Vaar! Aprel 3, 2025

16 yaşında Rusiyadan Niderlanda gələrək burada sığınacaq alan Alisa Serova mart ayının 27-də intihara cəhd etdikdən sonra üç gün komada qalaraq vəfat edib.

Hadisə Amsterdam şəhərində yerləşən mühacir düşərgəsində baş verib.

O, intihar cəhdini hədsiz dərəcədə yüksək dozada narkotik vasitələri bədəninə iynə ilə vuraraq edib. Hadisədən sonra onun otaq yoldaşları düşərgə rəhbərliyinə xəbər verib və təcili tibbi yardım çağırılıb. Xəstəxanaya çatdırılan Alisa üç gün koma şəraitində qaldıqdan sonra martın 30-da dünyaya gözlərini yumub.

Dostlarının Qıy Vaar! platformasına bildirdiyinə görə, Alisa Rusiyada pis rəftara məruz qaldığı üçün mühacir kimi Niderlanda sığınmışdı.

“O, buraya 16 yaşında gələrkən ilk qaldığı düşərgədə seksual qısnamaya məruz qalır. Daha sonra onu bir illik qapalı düşərgəyə göndərmişdilər. Yaxın zamanda isə qapalı düşərgədən çıxarıb açıq düşərgəyə yerləşdirmişdilər” – Alisanın dostları deyir.

Dostları həm də onu deyir ki, o, açıq düşərgəyə köçürülsə də hələ də depressiyadan çıxmayıbmış. Son zamanlar isə Elon Maskın, Donald Trumpın fikirləri onun mental sağlamlığına pis təsir edirmiş.

Alisa intihara cəhdi zamanı çox miqdarda narkotik və içki qəbul edərkən həm də bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Onun narkotik istifadəsi ilə bağlı isə dostları bildirib ki, Rusiyada yaşayarkən hər hansı bir narkotik asılılığına sahib olmayıb. 16 yaşında Niderlandda düşərgədə olarkən digər insanlar ona narkotik istifadəsini aşılayıblar və o, beləcə narkotik aludəçisi halına gəlib.

Niderlandda olarkən Alisanın yaxınlarının da onu axtarmadığı, təkcə anası ilə əlaqə saxladığı bildirilir.

Paylaş

Continue Reading

Previous: Translar həbsxanada hansı çətinliklərlə üzləşir?
Next: İtaliya məktəblərdə gender neytral simvolları qadağan etdi

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.