Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Həbsdə olan trans fəal saxlanılarkən zorakılığa məruz qalıb : “Başımı stola çırpıb dedilər ki, imzalamalısan”
  • Yerli

Həbsdə olan trans fəal saxlanılarkən zorakılığa məruz qalıb : “Başımı stola çırpıb dedilər ki, imzalamalısan”

Qıy Vaar! Mart 13, 2025

Bu gün vəkil Rövşanə Rəhimli Daxil İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində aktivist Rauf Heydərovla görüşüb.

O, bildirib ki, 10 mart tarixində mədə ağrılarına görə getdiyi xəstəxanın çıxışında saxlanılıb: “Xəstəxanada iynə vurdurmuşdum deyə çox halsız idim. Çıxışda polislər məni sürüyərək zorla bir avtomobilə əyləşdirdilər və polis idarəsinə gətirdilər. Orada saxlanıldığm müddətdə döyüldüm, davamlı olaraq təhqirlərə məruz qaldım.

Məni bir masaya əyləşdirib qabağıma vəkildən imtina etdiyimə dair ərizə qoydular və dedilər ki, bu kağızı imzalamalısan. Mən imzalamaqdan imtina etdiyimi bildirdikdən sonra isə iki dəfə başımı masaya çırpdılar. Məhkəməyə çıxarılanadək nə su, nə yeməklə təmin olundum və həm səhhətimə görə, həm də döyüldüyüm üçün çox halsız vəziyyətdə idim” – o deyib.

Rauf Heydərov haqqında 10 mart tarixində 30 sutkalıq həbs qərarı çıxarılıb. Onun bildirdiyinə görə, məhkəməyə çıxarılarkən üst-başı da pis vəziyyətdə olub, hətta hakim niyə belə vəziyyətdə olması ilə bağlı ona suallar versə də sonda danışdıqlarını nəzərə almayıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsində baş tutan proses də Rauf Heydərovun əleyhinə nəticələnib və 30 sutkalıq həbs cəzası qüvvədə saxlanılıb. Vəkil Rövşanə Rəhimli deyib ki, şəhərdə sıx tıxac olduğundan o, məhkəməyə bir neçə dəqiqə gecikib, amma zəng edərək çatmaq üzrə olduğunu bildirib. Vəkil deyir ki, bu, məhkəmələrin iş qaydasında sadə haldır və tərəflərdən birinin təmsilçisi gecikərsə hər zaman gözlənilir: “Lakin bu dəfə vəkili gözləmədən məhkəmə prosesini keçirdilər. Bu, Rauf Heydərovun müdafiə hüququnun kobud sürətdə pozulmasıdır” – vəkil bildirib.

Rauf, eyni zamanda, məhkəmə hökmündən sonra gətirildiyi İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində hər hansı bir problemlə üzləşmədiyini və saxlanma şəraitinin normal olduğunu bildirib. O hal-hazırda təkadamlıq kamerada saxlanılır. Deyib ki, özünü mərkəzin psixoloqu kimi təqdim edən bir əməkdaş da onunla davamlı görüşərək söhbət aparır.

Xatırladaq ki, Rauf Heydərov 8 mart günü həbsdə olan 8 qadın jurnalistin fotoları əks olunan posterlə şəhərin mərkəzində təkadamlıq etiraz nümayiş etdirib. O, həmin gün Natəvan heykəlinin önündəki ilk etiraz cəhdi zamanı saxlanılaraq bir neçə saat sonra sərbəst buraxılıb. Daha sonra isə Cəfər Cabbarlı heykəlinin önündə posterlə foto çəkdirərək paylaşıb. Həmin tarixdən iki gün sonra, 10 mart günü polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb və ondan xəbər almaq ancaq bir gün sonra mümkün olub.

Paylaş

Continue Reading

Previous: Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ə səfər edən trans vətəndaşlarına xəbərdarlıq verdi
Next: 1 DƏQİQƏ: Slovakiyada etirazlar başlayıb, İngiltərədə anti-trans qanunlar çıxarılır, Gürcüstanda xalq küçələrdədir

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.