

Feminist fəal Rauf Heydərov Natəvan heykəlinin qarşısında Azərbaycanda qadın jurnalistlərin həbslərinə etiraz olaraq plakatla şəkil çəkdirmək istəyərkən saxlanılıb.
O, sosial şəbəkələrdə paylaşım edərək şəkil çəkdiyi an mülki geyimli polislərin müdaxilə etdiyini və daha sonra onu izləməyə başladıqlarını bildirib. Rauf Heydərov bir müddət izləndikdən sonra polis tərəfindən saxlanılıb.
Hazırda onun haraya aparıldığı barədə məlumat yoxdur.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.