

Hər iki fəal bu gün Bakıda keçiriləcək qadın hüquqları ilə bağlı təlimə qatılmaq üçün evdən çıxıb. Son məlumata görə, Cəmilə Əlişeva Elmlər Akademiyası metrosuna daxil olub və izlənildiyindən şübhələnib, Elmir Abbasov isə ən son 20 Yanvar metrosunda görülüb.
Lakin artıq bir saatdan çoxdur ki, onlarla əlaqə saxlamaq mümkün deyil, və hər ikisi 15:00-da başlamalı olan təlimdə iştirak etməyib. Onların geolokasiyası son olaraq Yasamal rayonu ərazisində qeydə alınıb.