Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Gürcüstanın “Alt Info” ekstremist qruplaşması yeni siyasi partiyanı qeydiyyatdan keçirəcək
  • Xarici

Gürcüstanın “Alt Info” ekstremist qruplaşması yeni siyasi partiyanı qeydiyyatdan keçirəcək

Qıy Vaar! Mart 6, 2025

Gürcüstanda siyasi plüralizm, Avropa yönümlü və mühafizəkar qüvvələr arasındakı gərginlik fonunda inkişaf etməyə davam edir. Bəzi mühafizəkar qruplar Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına qarşı çıxsa da, müəyyən ekstremist qruplaşmalar liberal və proqressiv hərəkatları hədəf almaqdadır. Konservativ qruplaşmalar Gürcüstanın Avropa yönümlü siyasət yeritməsinin qarşısını almaqla yanaşı, ölkədəki pro-Avropa, liberal qrupları da hədəfə çevirir.

“Alt Info” adı ilə tanınan ekstremist qruplaşma ifrat sağçı, homofob və pro-Rusiya mövqeyi ilə seçilir. OC Media-nın dərc etdiyi xəbərə əsasən, “Alt Info” Konservativlər Gürcüstan Üçün adlı partiya kimi qeydiyyata alınmaq üçün müraciət edib. Yeni partiya müraciəti, “Alt Info”nun keçmiş partiyası olan Mühafizəkarlar Hərəkatının 2024-cü ilin aprelində hakim Gürcü Arzusu partiyası ilə fikir ayrılığına görə qeydiyyatdan çıxarılmasından sonra edilib. Müraciət Giorgi Kardava tərəfindən təqdim olunub. Qeyd edək ki, Giorgi Kardava “Alt Info”nun liderlərindən biridir. Qruplaşmanın digər lideri Konstantine Morgoshia bildirib ki, yeni partiyanın yaradılması tərəfdarlarının tələbi əsasında həyata keçirilir. Gürcüstanın Dövlət Reyestri müraciətin qəbul edildiyini və hazırda dəyərləndirildiyini açıqlayıb.

Qeyd edək ki, “Alt Info” daha əvvəl jurnalistlərə hücum çəkməsi, aktivistləri (xüsusilə də LGBT fəallarını) hədəfə alması ilə tanınır. 2021-ci ilin iyul ayında homofobik iğtişaşlar təşkil edərək 50-dən çox jurnalistin fiziki xəsarət almasına səbəb olublar. “Alt Info” liderlərinin iğtişaşlardakı birbaşa roluna baxmayaraq, onlara qarşı ciddi hüquqi tədbirlər görülməyib.

Mənbə: OC Media-nın dərc etdiyi xəbərə əsasən.

Paylaş

Continue Reading

Previous: Həbxanalarda translar nələr yaşayır?
Next: Qazaxıstanda Feminist aktivistlər həbs edildi

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.