Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Gündəmdə nələr var? – LGBTQ+lərə polis hücumu, azyaşlı interseksin əməliyyat edilib, ABŞ-da translar silahlanır
  • Multimedia
  • Xarici
  • Yerli

Gündəmdə nələr var? – LGBTQ+lərə polis hücumu, azyaşlı interseksin əməliyyat edilib, ABŞ-da translar silahlanır

Qıy Vaar! Mart 1, 2025

🗞️ BİR DƏQİQƏ, BALAM: bu dəfə gündəmimidə nələr var? Nəzər salaq.

– Azərbaycanda polis LGBTQİ+ icma üzvlərini aldadıcı zənglər və fırıldaq üsulları ilə izləməyə başlayıb. Onlara “hədiyyə qazanmısınız” və ya “bağlamanız var” kimi yalanlar deyilərək ünvanları öyrənilir, sonra isə həmin şəxslər polis bölməsinə aparılaraq rüşvət tələb olunub. Bu haqda 24 fevralda Minority Azerbaijan platforması xəbər verib. Bundan başqa, birbaşa zənglər və sosial şəbəkələrdə saxta tanışlıqlar vasitəsilə də icma üzvləri tələyə salınır. İnsan hüquqlarının kobud şəkildə pozulduğu bu halların artması LGBTQİ+ icmasının təhlükəsizliyini ciddi risk altına atır. Ekspertlər insanları ehtiyatlı olmağa və şəxsi məlumatlarını paylaşmamağa çağırır.

– Azərbaycanlı uşaq cərrahı Toğrul Ömərov 14 yaşlı interseks uşaq üzərində cinsiyyət dəyişdirmə əməliyyatı həyata keçirib. Bu cür əməliyyatlar, xüsusilə yetkinlik yaşına çatmamış şəxslərdə, BMT-nin “Uşaq Hüquqları Konvensiyası” və “Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi haqqında Konvensiya” (CEDAW) kimi beynəlxalq sənədlərə zidd hesab olunur. Avropa Şurası Parlament Assambleyası da interseks şəxslərin insan hüquqlarının qorunması və zərərli tibbi praktikalara son qoyulması üçün üzv dövlətləri tədbir görməyə çağırır. Bu əməliyyatın həyata keçirilməsi beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilir.

– ABŞ-da trans icmasının üzvləri artan təhlükələrə qarşı silahlanmağa başlayıb. Trans qadın May Alejandro Rodriguez, Trampın yenidən seçilməsindən sonra özünü və icmasını qorumaq üçün ilk tapançasını alıb. O və dostları atıcılıq dərslərinə qatılaraq silahdan istifadə qaydalarını öyrənir. Son illərdə trans və qeyri-binari insanlara qarşı hücumlar və cinayətlər artdığı üçün bu icma silahlanmanı öz hüquqlarını qorumağın bir yolu kimi görür. ABŞ-da trans silah sahiblərinin sayı artır və bu, tarixi olaraq marginallaşmış qrupların özünümüdafiə üçün silahlanması ənənəsinə qoşulur.

Paylaş

Continue Reading

Previous: Mediada nifrət nitqləri – kuirlər haqda nə danışılar?
Next: Macarıstan höküməti paradın qarşısını kəsmək istəyir – “uşaqların qorunması” üçün göz önündə olmamalıdır”

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.