
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Proses zamanı dövlət ittihamçısı çıxış edərək məhkəmədən Rüzgarın qətlində təqsirləndirilən Babək İbadova 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Babək İbadov son sözünü demək üçün məhkəmədən vaxt istəyib. Onun vəsatəti təmin edilib və növbəti məhkəmə prosesi 29 aprel saat 17:30-a təyin olunub.
Babək İbadov Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 221.3; 228.5 maddələri ilə ittiham olunur.
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilib. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.