














Bu il Azərbaycanda təəssüf ki, 8 Mart aksiyası baş tutmadı. Bunun başlıca səbəbi isə hökumətin feministlər də daxil olmaqla bütün vətəndaş cəmiyyəti və siyasi hərəkatlara qarşı davam edən hücumlarıdır.
Səsimizi boğmağa çalışan hakimiyyət bəlkə də bir neçə ildir Bakıda keçirilən ənənəvi 8 Mart yürüşümüzün qarşısını almış ola bilər. Bəlkə də acizliyindən 9 qadın jurnalisti, o cümlədən azad medianı təmsil edən jurnalistləri həbs etmiş ola bilər. Lakin bilinməlidir ki, susdurmağa çalışdıqları hər səsin yerinə yenisi danışmağa başlayacaq. Mübarizəmiz heç vaxt sönməyəcək!
Bakıda keçirə bilmədiyimiz hər 8 Mart üçün biz fərqli ölkələrdə hakimiyyətin feministlərdən nə qədər qorxduğunu, nə qədər aciz olduğunu və həbs etdiyi qadın jurnalistləri həbsxanada cinsi zorakılıqla hədələyəcək qədər alçaq olduğunu onların üzünə deməyə davam edəcəyik.
Dünya Qadınlar Gününüz mübarək!
Bir gün Azərbaycanda yenidən yan-yana yerimək ümidi ilə.