
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının müstəqil eksperti Graeme Reid lezbiyan, biseksual və kuir (LBQ) qadınların dünyada üzləşdiyi zorakılıq və ayrı-seçkilik halları ilə bağlı tematik hesabat hazırlayır. 2026-cı ilin iyununda təqdim olunacaq bu hesabat üçün BMT birbaşa icma üzvlərinin səsini eşitmək məqsədilə açıq çağırış elan edib. Araşdırma LBQ qadınların fərqli və kəsişən kimliklər səbəbilə yaşadığı spesifik riskləri, gündəlik həyatda qarşılaşdıqları çətinlikləri və mövcud sistemlərin onlara təsirini anlamağı hədəfləyir.
Bu çağırış çərçivəsində LBQ qadınlar, fəallar, qeyri-rəsmi kollektivlər və müttəfiqlər şəxsi hekayələrini, təcrübələrini və tövsiyələrini BMT-yə göndərə bilərlər. Göndərilən məlumatlar hesabatın əsas sübut bazasını formalaşdıracaq və dövlətlər üçün konkret tövsiyələrin hazırlanmasına töhfə verəcək. Əgər sən də Azərbaycandakı və ya dünyanın başqa bir yerindəki zorakılıq, ayrı-seçkilik və ya müqavimət təcrübəni bölüşmək istəyirsənsə, sənin səsin bu hesabat üçün vacibdir.
Öz təcrübəni BMT ilə 15 fevral tarixinədək bu link vasitəsilə bölüşə bilərsən.
Və ya sözlərini ILGA-World vasitəsilə BMT-ə çatdıra bilərsən.
