Azər Həsrət: Barlara gedən qızlar rus sektorunu bitirənlərdir

Azər Həsrət: Barlara gedən qızlar rus sektorunu bitirənlərdir
Wikipedia

Jurnalist Azər Həsrətin yanvarın 23-də “Azxəbər” media portalının yayımında səsləndirdiyi fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub. O, 2019-cu ildə etdiyi “barlarda gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır” çıxışını təkrarlayıb və 6 il öncəki çıxışı zaman ona yönəlmiş reaksiyalardan danışıb.

Onun 2019-cu ildə etdiyi çıxış təkcə bu sözlərlə kifayətlənmirdi. Jurnalist sözlərinə əlavə edirdi: “Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir”. Həmin zaman bu fikirlər ətrafında başlayan ictimai müzakirələrdə o, tənqid atəşinə tutulurdu. Müğənni Faiq Ağayev də onun bu çıxışına münasibət bildirmiş, həmin dövrdə Azər Həsrətin idarə heyəti üzv olduğu Mətbuat Şurasının sədri Əflatun Amaşovdan açıqlama tələb etmişdi.

İndi Azər Həsrət 6 il aradan sonra bu məsələni yenidən gündəmə gətirərkən deyir:

“Bu sözlərimə görə rus məktəbini qurtaranlar üstümə tökülüşdülər, linç elədilər məni əməlli-başlı. Amma bir məqam məni sevindirdi ki, həmin o fikrimi dəstəkləyən yüz minlərlə insan çıxdı ortaya. Hətta rus bölməsində dərs deyən bir müəllimə mənə xəbər göndərmişdi ki, Azər müəllim düz deyib, o hələ az deyib”.

Feminist araşdırmaçı Nurlana Cəlil mövzu ilə bağlı öz Facebook səhifəsində yazaraq qeyd edib ki, bu kimi çıxışlarda məqsəd antifeministliyi millətçi və rusofob kontekstdə dövriyyəyə buraxmaqdır. Onun sözlərinə görə, antifeministlər əvvəl əxlaqsızlıq yaymaqda Avropanı və Avropada təhsil alan Azərbaycandilli qızlar və kənd qızlarını ittiham edirdilər:

“İndi isə yeni nəsil intensiv antifeminist və kölələşdirmə prosesinə başqa hədəf və qurban lazımdı. Rusdillilər, feministlər və queerlər həmişə sifarişli və koordinasiyalı nifrət kampaniyalarının hədəfi olub. Feminist və queer icmalarını darmadağın ediblər deyə əldə qalan hələki rusdillilərdi. Bu yeni nəsil konsepsiyadı: antifeminist faşizm. Hədəf azərbaycanlı qadını 120 il əvvəlki vaxtına geri qaytarmaqdı”.

Sizin fikirləriniz də maraqlıdır. Azər Həsrət haqlıdırmı?

Paylaş