
Azərbaycanda homofobiyanın son bilinən qurbanı olan Rüzgarı unutmayacağıq. Keçən ay aramızdan ayrılan 19 yaşlı o gənc daim xatırlanacaq.
O, illərlə qurulan institusional homofobiyanın, uşaqlıqdan zorla aşılanan heteronormativliyin, məktəbdə, səhiyyədə, polis idarələrində, küçədə, iş yerlərində bizi sıxışdıran sistemin qurbanıdır. Homofobiyanı bəsləyən qurumlar, bizi müdafiə etməyən dövlət strukturları, öz vətəndaşına qarşı səssiz qalan instansiyalar həyatlarımızı hər daim risk altına atır. Bu ölkədə kuir olmaq ölümlə toqquşa-toqquşa yaşamaq deməkdir. Bu, təsadüf deyil!
Üzərimizə yüklənən qorxunu, utancı, susqunluğu qəbul etmirik.
Bizim olmayan bu yükdən qurtulmağımız isə
sevgi;
sülh;
yoldaşlıq;
və yaşamaq şövqü ilə mümkündür.