
Macarıstanda Pécs Pride yürüşünün uzun illərdir təşkilatçısı olan LGBTİ+ fəalı, müəllim Géza Buzás-Hábelə cinayət işi açılıb. O, Avropa Birliyi daxilində Qürur Yürüşü keçirdiyi üçün belə ittihamla qarşılaşan ilk şəxsdir.
Polis tərəfindən yürüşə əvvəlcə qadağa qoyulub, Macarıstan Ali Məhkəməsi də (Kúria) bu qadağanı təsdiqləyib. Buna baxmayaraq, 4 oktyabr 2025-də Pécs şəhərində minlərlə insan yürüşə qatılıb. İttihama əsasən fəal “qanunsuz mitinq” təşkil etmə maddəsi ilə 1 ilə qədər həbs cəzası riski ilə üz-üzədir.
Xatırladaq ki, bu ilin aprel ayında Macarıstan parlamentində qəbul edilən və LGBTİ+lərin sərbəst toplaşma azadlığını qadağan edən qanun qəbul edilib.
ILGA Avropa təşkilatı proseslə bağlı bəyanat yayaraq bildirib ki, “Avropa Birliyi tarixində ilk dəfə bir insan Qürur Yürüşü təşkil etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunur. Bu, yalnız Macarıstan məsələsi deyil, Avropa Birliyi öz dəyərlərinə sadiqliyinin sınanması ərəfəsindədir.”
Avropa Qürur Yürüyüşü Təşkilatçıları Assosiasiyası (EPOA) da Buzás-Hábelin yanında olduğunu bəyan edib və Macarıstan hakimiyyətindən ittihamların ləğv edilməsini, Avropa Birliyindən isə bu məhkəmə işinə müdaxilə tələb edib.
