Bakıda kuir sırğa taxdığı üçün ev tuta bilmədi

Bakıda kuir sırğa taxdığı üçün ev tuta bilmədi
Sosial media

Bakıda yaşayan kuir Rüzgar Əliyev deyir ki, o və dostu kirayə ev axtararkən ev sahibi onları geyimlərinə və görünüşlərinə görə evdən qovub. Qıy Vaar!-a danışan Rüzgar hadisənin ev sahibi ilə ilk görüş zamanı baş verdiyini bildirib. O, ev sahibi ilə görüşə gedən zaman ev sahibi Rüzgarın sırğaları olmasını əsas gətirərək təhqir etməyə başlayıb.

“Evi tapdım, danışdım, hər şey qaydasında idi. Evə baxmağa getdik, dostumu gördü, qulağındakı sırğaya baxıb ‘bu nədi?’ dedi. Sonra mənə baxıb eyni reaksiyanı verdi” – o, deyir.

Rüzgar deyir ki, davamında ev sahibi onlara qarşı təhqiramiz ifadə işlədərək mənzili tərk etmələrini tələb edib.

Bu ilk belə hal deyil ki, LGBTQ+lər kirayə mənzil tapmaqda çətinlik yaşayırlar. Onlar Bakının mərkəzi yerlərində belə, kimliklərinə və özlərini ifadələrinə görə mənzil kirayələməkdə, iş tapmaqda və gündəlik həyata tutunmaqda ikiqat ayrı-seçkiliklə üzləşirlər. Bir çox ev sahibi və işəgötürən açıq və ya dolayı şəkildə gey, trans və ya qeyri-binarlara qarşı qərəz nümayiş etdirir. Bütün bunlar isə LGBTQ+lərin təhlükəsiz yaşayış hüququnun pozulmasının sistemli xarakterdə baş tutduğunu göstərir.

Paylaş