Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Maşının nəbzi – Medianın rəngli tənqidi
  • Yerli

Maşının nəbzi – Medianın rəngli tənqidi

Qıy Vaar! Avqust 21, 2025

Pəri Abbaslını və onun media təşəbbüslərini artıq iki ildir ki, yaxından izləyirəm. Onun yaratdığı “Maşının nəbzi” media təşəbbüsü adını mənim nəfəsimi kəsərək izlədiyim “Black Mirror” serialının eyni adlı (“The National Pulse”ın Azərbaycan dilinə uyğunlaşdırılmış forması) epizodundan götürür və bir növ informasiya axınının “nəbzini tutmaq” ideyasına işarə edir. Elə buna görə də “Maşının nəbzi” mənim üçün xüsusilə maraqlıdır, çünki bu platformanın paylaşımları, medianın necə daha əlçatan ola biləcəyini, oxucunun sözünün necə real təsir göstərə biləcəyini görməyimdə faydalı olub. 

Platforma həmçinin mediada gördüyümüz xəbərlərin, paylaşımların və alqoritmlərin arxasında hansı məqsədlərin dayana biləcəyini izah edir, alternativ baxış bucaqları təqdim edərək axıcı üslubunu da qoruyur. Təşəbbüsün bunu sadə, anlaşılan və gündəlik həyatımıza toxunan nümunələrlə təqdim edərək tənqidi media savadlılığını daha geniş kütlə üçün əlçatan etməsi bir çox maraqlı suallar da yaradıb. Mən də suallarımı Maşının nəbzinə ünvanlamışam:

– Maşının nəbzi fikri necə yaranıb?

bizim təşəbbüsün təqdim etdiyi əsas fikirlərdən biri budur ki, yediyimiz yemək, içdiyimiz su kimi, aldığımız informasiyalar da gündəlik həyatımıza və dolayı yolla, bizə və kim olduğumuza təsir edir. bunun idarəsi isə medialarda, sistemlərdə yox, özümüzdə olmalıdır.

bu fikir yerli medianın, sosial media alqoritmlərinin insanları “gic yerinə qoymaq”larına olan qəzəbdən yaranıb. 

“maşının nəbzi” təşəbbüsü həm etik media anlayışını, həm də media tənqidini yaymağa çalışır. Yəni, hər qarşımıza çıxan xəbər, informasiya, reel bizim diqqətimizə layiq deyil, amma sürətli istehlak dövründə biz qarşımıza nə çıxırsa, onu da uduruq, gedir. Belə olmamağı üçün insanları səsləyirik ki, ay camaat, bir baxın görün, ümumiyyətlə, oxuduğunuz şey nədir? sizə nə fayda verir? lap sizə fayda verirsə, kimə zərər verir?

Belə tənqidi təşəbbüslər dünya praktikasında həddən artıq çoxdur – düzdü, onlar çox zaman xüsusi niş icmalara xitab edirlər. amma nə etmək olar, tənqidi yanaşma heç də hər kəsin prioriteti deyil. 

– Mediaya tənqidi yanaşma nə üçün lazımdır?

tənqidi yanaşmanın məqsədi yalnız “yanlış xəbəri tapmaq” deyil, həm də doğru xəbərin necə təqdim olunduğunu sorğulamaqdır.

sürətlə yayılan ideyalar bir reel-in saniyələrindən çıxıb, cəmiyyətin münasibətlərinə təsir edir. medianın kimi kimə düşmən etdirdiyini anlamaq bizə “böyük şəkli” görməyə imkan verir. qayğı ilə yanaşan, nifrətini isə tənqid edən cəmiyyət yalnız tənqidi baxışla mümkündür.

– Oxucularımıza dezinformasiyadan qorunmaq üçün məsləhətlər verə bilərsən?

reaksiya verməzdən və paylaşmadan əvvəlki 5-10 saniyə çox vacibdir. 

dezinformasiyalar çox vaxt ideyalarımıza, emosiyalarımıza – birbaşa içimizə toxunur. və normaldır ki, biz reaksiyamızın sürətli olmağını istəyirik. amma o reaksiyanı verməzdən əvvəl informasiyanı (tipinə və mümkünlüyünə uyğun olaraq) yoxlamaq (imkan varsa), soruşmaq, başqa platforma və mənbələrdən kros-çek etmək faydalı olar. bunlara vaxt yoxdursa, informasiyanın təqdim edilmə stilinə, yazı tərzinə fikir vermək lazımdır. 

bunların heç birinə həvəsiniz yoxdursa, sadəcə olaraq gözləmək bəzən daha çox xeyir verir, nəinki sürətli reaksiya verib dost-tanışa yaymağa çalışmaq. sistem bizi dezinformasiya burulğanına qapdırmağa o qədər uyğundur ki, bəzən xeyir vermək istəyəndə zərər verə bilən tərəf ola bilirik. 

və əlbəttə, öz media istehlakınızı ara-sıra düşünün, analiz edin. nələri izləyirsiniz? alqoritm qarşınıza nələri gətirir? “filter köpükləri”nə ilişmisinizmi?

– Yayılan nifrət nitqləri və LGBTQ+fobiya üçün məsləhətlərin nələr olar?

deyə biləcəyim ilk şey, əlbəttə ki, təəssüfləndiyimdir. indiki siyasi şəraitdə yerli medialar sanki bu nifrət nitqlərindən qidalanırlar, çünki nifrət həm klik, həm də “biz və onlar” bölgüsü yaratmaq üçün ən asan yoldur. nifrət nitqi yalnız fərdləri deyil, bütöv icmaları hədəf alır və ictimai təhlükəsizliyi zəiflədir. həm də çox vaxt “fikir azadlığı” adı ilə paketlənir, bu da onun normal kimi qəbul edilməsinə şərait yaradır.

şərhlərdə etiraz etmək, mail yazmaq, “sizin nə etdiyinizi, nə yazdığınızı görürük” mesajını ötürmək vacibdir. çünki heç bir tənqid almayan redaksiyalar öz yanaşmalarını normal hesab edirlər. izah etmək lazımdır ki, onların oxucuları artıq gördüyünü sorğusuz udan deyil, onları məsul tutan oxuculardır.

bu, sadəcə reaksiya vermək deyil, həm də medianın məsuliyyət hissini formalaşdırmaqdır. doğrudan vecinə olan media bu etirazları inkişaf üçün fürsət kimi görər, təhlükə kimi yox.

– Redaksiyalarda müxtəlifliyi qorumaq haqda yazmışdınız, platformalara bunların tətbiqi üçün hansə məsləhətləri verə bilərsən?

mən qayğı/feminist etikasına inanıram. səsi basdırılan icmalara, doğrudan, səs vermək üçün işləmək ən az zərərverici siyasət kimi görünür mənə. məncə, platformalar, əvvəlcə, ideya olaraq bunu anlayıb mənimsəməlidirlər ki, bərabərlik (“equity” – hər kəsin resurslarına və şəraitinə uyğun olaraq bərabərlik təmin etmək) mütləqdir. sistem uzun illər heteronormativ, kapitalist və sürətli istehlak modelini bizə normal kimi göstərib. amma biz icmalarla birlikdə varıq. icmaları eşitmək və gücləndirmək real inklüzivliyin başlanğıcıdır.  iki sual kömək edə bilər: “biz “equity”nin önəmini anlayırıqmı?” və “bunu təmin etmək üçün nə edirik və nə etməliyik?”. bu sualları komanda kimi düşünüb baş yorduqdan sonra hər şey, məncə, yavaş-yavaş yerinə oturacaq.

– Təhlükəsizlik səbəbindən maliyyə mənbəyini açıqlamayan medialara necə güvənə bilərik? Həmin platformalar necə güvən yarada bilər bizə?

elə bu məqamda yenə tənqidi düşüncə kömək olur bizə. medialara güvənmək 1 posta, 1 xəbərə baxmamalıdır. bu, illər çəkən prosesdir. biz anlamalıyıq ki, ilk dəfə görüb “paylaşmaq” istədiyimiz medianı anlamaq üçün 5 dəqiqə vaxtımızı ayırıb onun səhifəsinə, paylaşdığı digər xəbərlərə, şərhlərə yazdığı cavablara baxmaq bizi və dostlarımızı, ətrafımızı qoruyur. çünki biz hansısa medianı şəxsi profillərimizdən bölüşərək bizə güvənən insanlar üçün “güvənilir” hesab edirik həm də. 

yaxşı bəs platforma yeni yaranıbsa? onda sadəcə olaraq səbirli olub izləmək, müşahidə etmək lazımdır. hərçənd elə bir platformanın təzə yarandığı vaxt seçdiyi profil şəklindən tutmuş bioqrafiya hissəsi də bizə hansısa informasiya ötürə bilər.

ona görə də məqsədini, məramını, hər bir informasiyanı bölüşərkən vurğuladığı və vurğulamadığı, yazdığı və buraxdığı məsələləri təhlil etməliyik. “layk” etmədən əvvəl 2 dəqiqəmizi ayırmaq, məncə, bizdən çox şey almır, amma çox şey qazandırır.

həm də şəffaflıq yalnız maliyyə açıqlaması ilə bitmir. redaksiya siyasəti, kimlərin məqalə yaza bildiyi, fakt yoxlama prosesləri də güvən üçün vacibdir. Azərbaycan kontekstində mənim üçün ən yaxşı skan metodu bir platformanın/medianın qadınlar, kuirlər haqqında necə yazdığını analiz etməkdir. 

– Oxucular özü platformalara daha inklüziv olmaq üçün basğı edə bilər?

əlbəttə, normalı da budur. insanlara xidmət üçün mövcud olan media platformaları oxucularından gələn tənqidləri və təklifləri də eşitməlidir. ən yaxşı halda.

oxucu yalnız istehlakçı deyil, həm də tələbkar ola bilər. təklifləri açıq şəkildə bildirmək, ictimai müzakirəyə çıxarmaq platformaların onları görməzlikdən gəlməyini çətinləşdirir. nə qədər çox insan bir məsələni tələb edirsə, o qədər az “bu, önəmli deyil” deyə bilərlər. 

yox, əgər məhəl vermirlərsə, əla, elə bu. özü də həmin platformalar haqqında əsaslı fikir bildirir.

ümumi olaraq bütün bu cavabların fonunda önəmli bir şeyi qeyd etmək istəyirəm ki, bəzən kontekst ümumi tövsiyə edilən praktikalardan çox çox əhəmiyyətli olur. ümumi məğz təhlil etməyin vacibliyidir.

Müəllif: Əli Məlikov

Paylaş

Continue Reading

Previous: ABŞ-nin Azərbaycanla bağlı builki İnsan Haqları hesabatında LGBTQ+lərə yer verilməyib
Next: Əlilliyi olan insanlara münasibətdə edilən səhvlər | Anjana

Related Stories

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Yerli

Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Sentyabr 8, 2025
Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Yerli

Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

Sentyabr 8, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.