

Türkiyənin Avropa Şurası Gənclik Nümayəndəsi Enes Hocaoğulları parlamentdə etdiyi çıxışında ölkədəki qanunsuzluqlardan, insan haqlarının pozulmasından və avtoritar idarəçilikdən danışdığı üçün hədəfə alınaraq Türkiyəyə geri qayıdarkən həbs edilmişdi. O, həbsinə səbəb olan çıxışında bələdiyyə başçısı Əkrəm İmamoğlunun ədalətsiz şəkildə həbs edildiyini də vurğulamışdı.
Əkrəm İmamoğlu sosial media hesanında Enes Hacıoğullarının həbsini pisləyən post paylaşıb və Enesin sərbəst buraxılmasını tələb edib.
Bunun ardından hakimiyyət yönlü media kimi tanınan Yeni AKİT “Əkrəmin Homo Sevgisi” başlığı ilə xəbər dərc edib. Xəbərdə həm Enes, həm də Əkrəm İmamoğlu hədəf alınıb. Məqalədə iddia olunur ki, İmamoğlu seçki kampaniyasında özünü müsəlman kimi təqdim edərək səs qazanıb, lakin seçildikdən sonra LGBTİ+ hüquqlarını dəstəklədiyini göstərib.
Xəbərin başlığı və məzmunu ictimaiyyət tərəfindən açıq şəkildə çirkin və nifrət nitqi nümunəsi kimi qiymətləndirilib. Hakimiyyətyönlü medianın bu yanaşması, AKP hakimiyyətinin bərabərlik və insan haqları prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir. Ən narahatedici məqam isə odur ki, hələ də cəmiyyətdə siyasətçini gözdən salmaq üçün onun LGBTQ+ hüquqlarını dəstəklədiyini iddia etməyin təsirli olacağı düşünülür.