Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycanda interseks uşaq əməliyyat edilib – media tərəfindən yanlış təqdimat
  • Yerli

Azərbaycanda interseks uşaq əməliyyat edilib – media tərəfindən yanlış təqdimat

Qıy Vaar! Avqust 13, 2025

Milli.az-ın yayımladığı və Ölkə.az-ın sosial media paylaşımı ilə viral olan xəbərdə Azərbaycanda 13 yaşlı uşağa “cinsiyyət dəyişdirmə əməliyyatı” (gender adaptasiya əməliyyatı nəzərdə tutulur) edildiyi iddia olunur. Xəbərdə ailə və həkimlərin qərarı ilə azyaşlının əməliyyat olunduğu, bundan əvvəl uzun müddət psixoloji dəstək aldığı vurğulanır. Media hadisəni “azyaşlının cinsini dəyişdirməsi ” kimi təqdim etsə də, əslində, xəbərdə interseks bir uşağın öz razılığı olmadan bədəninə tibbi müdaxilə edilməsi hadisəsi yer alır.

Qeyd edək ki, xəbər eyni başlıqla 2023- ildə e-saglam.az adlı saytda dərc edilib. Lakin, bu il xəbər yenə eyni başlıqla Ölkə.az və digər sosial mediada fəaliyyət göstərən səhifələr tərəfindən tirajlanılıb. Bənzər hadisənin təkrar etdiyi, yoxsa daha çox baxış sayı qazanmaq uğrunamı xəbərin iki il sonra yenidən dərc edilib edilməməsi məlum deyil. Xəbərin sosial mediada tirajlandığı versiyada həkimin videosu yerləşdirilməyib, amma vebsayt üzərindən axtarış etdikdə xəbərdə mövzu ilə əlaqəli həkim videosu olduğu da görünür. Kontekstindən və istifadə edilən köhnəlmiş “hermafrodit” ifadəsindən aydın olur ki, söhbət interseks uşaqdan gedir. Dünya Səhiyyə Təşkilatı, BMT və insan hüquqları təşkilatları interseks axtalanmasını zorakı və geri dönməz tibbi müdaxilə kimi qiymətləndirir. Bu xəbərdə də göründüyü kimi bu tip  əməliyyatlar uşağın öz bədəni və gələcək həyatı ilə bağlı qərar vermə hüququnu əlindən alır.

Həmçinin, bu xəbər portalları etik qaydaları pozaraq xəstəxanadan əməliyyat görüntüləri yayımlayıb. Media bu cür hallarda, xüsusilə interseks və ya trans mövzularında, tibbi və hüquqi çərçivəni, həmçinin beynəlxalq insan hüquqları normalarını nəzərə almaq əvəzinə, hətta, azyaşlıların həyatını da reytinq obyektinə çevirir.

İnterseks uşaqların cinsi və anatomik xüsusiyyətləri üzərində uşağın razılığı olmadan edilən “normallaşdırma” əməliyyatları illərdir insan hüquqları müdafiəçilərinin gündəmindədir. Azərbaycanda bu hadisə, bu tip əməliyyatların nə qədər nəzarətsiz aparıldığını göstərən nadir nümunələrdən biridir.

Paylaş

Continue Reading

Previous: Mərakeşdə fəal “Allah lezbiyandır” yazılı köynəyə görə həbs edilib
Next: “Minlərlə oyunlar böyük platformalar tərəfindən senzura altında – LGBTQ+ oyunları da bunların içindədir.”

Related Stories

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Yerli

Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Sentyabr 8, 2025
Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Yerli

Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

Sentyabr 8, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.