Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Mərakeşdə fəal “Allah lezbiyandır” yazılı köynəyə görə həbs edilib
  • Xarici

Mərakeşdə fəal “Allah lezbiyandır” yazılı köynəyə görə həbs edilib

Qıy Vaar! Avqust 13, 2025


Mərakeşdə tanınmış feminist və LGBTİ+ fəalı İbtissame Laçqar, üzərində “Allah lezbiyandır” yazılmış köynək geyindiyi üçün dini təhqir etmək ittihamı ilə həbs edilib. 50 yaşlı psixoloq olan Laçqar, qadın hüquqları, abortun leqallaşdırılması və LGBTİ+ hərəkatı uğrunda fəaliyyətləri ilə tanınır. Rabat Birinci İstintaq Məhkəməsinin açıqlamasına görə, Laçqar 10 avqust tarixində paytaxt Rabatda saxlanılıb.

Onun həbsinə səbəb sosial şəbəkələrdə paylaşdığı bir foto olub. Həmin fotoda üzərində “Allah lezbiyandır” yazılmış köynək geyinib və İslamın hər bir dini ideologiya kimi “faşist və qadın düşməni” olduğunu yazıb. Laçqar, 31 iyulda X (Twitter) hesabında yayımladığı paylaşımda bunları qeyd edib:


“Mərakeşdə dinlərə, İslama və s. qarşı mesajlar daşıyan köynəklərlə gəzirəm. İkiüzlülüyünüz və ittihamlarınızla bizi yorursunuz. Bəli, İslam, hər dini ideologiya kimi, faşist, fallokratik və qadın düşmənidir.”

Paylaşımın ardından Laçqar minlərlə təhqir və ölüm hədəsi aldığını, sosial şəbəkələrdə ona qarşı linç və qarayaxma çağırışlarının edildiyini bildirib. Facebook hesabında yazdığına görə, sözügedən köynəkdə “məşhur, lakin kontekstdən çıxarılmış bir feminist şüar” yer alır və o, buna görə 3 gün ərzində kiberzorakılığa məruz qalıb. Prokurorluq açıqlamasında qeyd edib ki, “Allaha təhqir ehtiva edən görüntü və İslama yönəlik təhqiramiz ifadələrin paylaşılmasından sonra, mövzunun təcili xarakteri nəzərə alınaraq həmin şəxs qanun çərçivəsində saxlanılıb”.

Mərakeş qanunları islamı tənqid etməyi cinayət hesab edir və bu ittihamla həbs cəzası nəzərdə tutur. Laçqar isə ölkənin az sayda açıq ateist feministlərindən biridir. Bununla belə, Laçqar sosial media profillərində özünü “LGBT aktivisti” kimi təqdim etsə də, trans qadınlara qarşı mövqeyinə görə “Trans Təcridedici Feminist” (TERF) yanaşmasına yaxın olmaqda tənqid olunur. O, “Mərakeşdə TERF yoxdur, şəriət qanunları var” deyərək bu tənqidlərə cavab versə də, keçmiş paylaşımlarında trans qadınlara qarşı ifadələr işlədib və TERF terminini qadınlara qarşı təhqir hesab etdiyini bildirib.

Paylaş

Continue Reading

Previous: İnqilabi öpüşlər
Next: Azərbaycanda interseks uşaq əməliyyat edilib – media tərəfindən yanlış təqdimat

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.