
Moskva polisi 18 iyulda Sretenski monastırında çəkilmiş və sosial şəbəkələrdə yayılan bir videoya görə üç yeniyetməni saxlayıb. Bu haqda Парни+ saytı yazır ki, onlar monastıra qadın geyimində daxil olaraq “təhqiredici zarafatlar etdiklərinə” görə məsuliyyətə cəlb olunublar.
28 iyulda həmin görüntüləri “Təhlükəsiz İnternet Liqası” adlı qeyri-hökümət təşkilatının rəhbəri Yekaterina Mizulina öz profilində paylaşaraq gəncləri “transgender qrup” adlandırıb və hüquq-mühafizə orqanlarını tədbir görməyə çağırıb.
Bundan bir gün sonra polis həmin üç nəfəri saxlayıb. Rəsmilərin açıqlamasına görə, onlardan ikisi yetkinlik yaşına çatmayıb. İki nəfərə qarşı “LGBTQ+ təbliğatı” adı altında inzibati iş açılıb, onlardan birinin işi isə Uşaqlar üzrə Komissiyaya təhvil verilib.