Yekaterinburqda fotoqraf “pornoqrafiya yaymaq” ittihamı ilə üz-üzədir

Yekaterinburqda fotoqraf “pornoqrafiya yaymaq” ittihamı ilə üz-üzədir
Foto: ural.kp.ru

Rusiyanın Yekaterinburq şəhərindən 35 yaşlı Aleksandra Z. adlı fotoqraf  2022-ci ildə yazdığı və eyni cins münasibətlərini təsvir edən fan-fikşın (fanfiction) əsərlərini yayımladığı üçün “pornoqrafiyanın yayılması” ittihamı ilə üz-üzədir. Bu haqda Novaya Gazeta xəbər verir.

Polis onun evində axtarış apararaq yazdığı kitabları, noutbuklarını, bir iPad-i və iki smartfonunu götürüb. 

Alınan məlumata görə, polis icraat zamanı “psixoloji və dilçilik (lingvistik) ekspertiza aparıb və Aleksandranın əsərlərində pornoqrafik məzmun aşkar etdiyini” bildirib.“Qeyri-ənənəvi (eynicinsli) sevgidən bəhs edən onlayn fan-fikşın tapıldığı” da qeyd olunub. 

Əgər məhkəmə tərəfindən günahkar hesab edilərsə, Aleksandra heç əvvəl cəza almamış olsa da, Rusiyanın cinayət məcəlləsibə əsasən 6 ilə qədər azadlıqdan məhrum edilmə riski ilə üz-üzədir. 

Qeyd etmək lazımdır ki, Rusiyada 2022-ci ilin dekabrında qəbul edilmiş “LGBT təbliğatı”na qarşı qanun bu cür yeni cinayət mexanizmlərinin tətbiqinə zəmin yaradıb.  

Paylaş