Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Xəzər Universitetinin dekanı eynicinsli nikahları hədəf alıb
  • Yerli

Xəzər Universitetinin dekanı eynicinsli nikahları hədəf alıb

Qıy Vaar! Sentyabr 27, 2025

Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov sosial şəbəkədə eynicinsli nikah mövzusunda paylaşım edib.

Əhmədov yazıb ki, eynicinsli nikahların qanuni olduğu 39 ölkədə ümumilikdə 1,5 milyard insan yaşayır və bu ölkələrin əksəriyyəti “nümunə götürülən mütərəqqi ölkələrdir”. O, eynicinslilərin nikahını “təbiətə qarşı üsyan” kimi dəyərləndirib.

Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər belə açıqlamaların gənclərin  təhsil haqlarının yüksəkliyini, keyfiyyətli təhsilin əlçatmazlığını və beyin axını kimi real problemləri kölgədə qoyduğunu bildiriblər. Digər tərəfdən, bir qrup istifadəçi Əhmədovun fikirlərini dəstəkləyib.

Belə açıqlamalar Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının ayrı-seçkiliyin qadağan olunması ilə bağlı müddəalarına, həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsinin ləyaqət və bərabərlik prinsiplərinə ziddir. Bundan əlavə, ali təhsil müəssisəsinin rəhbərliyində olan şəxsin sosial qrupları hədəfə alan ifadələr işlətməsi akademik etik normaları pozur və təhsil mühitində inklüzivliyin zəifləməsinə səbəb ola bilər.

Skrinşot
Paylaş

Continue Reading

Previous: Naxçıvanda yeniyetməyə təcavüz edənlərdən 1-nin cəzası artırıldı
Next: Hüquqşünas: “Transgenderlər də daxil olmaqla bütün sosial qruplara qarşı ayrı-seçkiliyə yol verilməməlidir”

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.