
22 apreldə Murad Miri, sosial media hesabında “Xəzər Klinikası”nda başına gələn qanun pozuntusu ilə bağlı ictimaiyyətə müraciət edib. Onun paylaşımına görə, iş üçün müraciət etdiyi şirkət tərəfindən sağlamlıq arayışı almaq məqsədilə “Sahib MMC”yə məxsus “Xəzər Klinikası”na yönləndirilib. Klinikada ona qarşı qanunsuz və diskriminativ davranış sərgiləndiyi iddia edilir. Bəs qanun nə deyir?