Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Qıy Vaar! Sentyabr 8, 2025

2 sentyabr tarixində məhkəmə qərarı ilə CHP İstanbul Şəhər Təşkilatının sədri Özgür Çelik vəzifədən uzaqlaşdırılmış və Gürsel Tekin şəhər təşkilatına qəyyum olaraq təyin edilmişdi. Özü də keçmiş illərdə İstanbulun şəhər təşkilatı sədri olan Gürsel Tekinin dövlət tərəfindən qəyyum seçilməsi onun indi Erdoğan höküməti ilə əməkdaşlıq etməsi kimi şərh edilir.

Gürsel Tekin şəhər təşkilatına qəyyum təyin edildikdən sonra təşkilatın binasına 8 sentyabr tarixində gələrək vəzifəsini icra etməyə başlayacağını elan etmişdi. Qarşı hazırlıq görən CHP dünən, yəni, 7 sentyabr axşamından etibarən tərəfdarlarını şəhər təşkilatı binasını blokadaya almaq üçün səfərbər etdi. Beləliklə hadisələr yenidən alovlandı.

7 sentybar, 23:00 – CHP-nin İstanbul Şəhər Təşkilatının Gənclər Qolu xalqı Sarıyer rayonunun Azərbaycan caddəsində yerləşən şəhər təşkilatı binası önündə toplanmağa çağırdı. Məqsəd qəyyum təyin edilməsini protesto etmək və şəhər təşkilatının binasını qoruyaraq qəyyumun oraya daxil olmasını əngəlləmək idi. Bunun ardınca İstanbul İcra Hakimiyyəti CHP şəhər təşkilatının yerləşdiyi rayon da daxil olmaqla İstanbulun 6 rayonunda 3 günlük nümayiş qadağası qərarı aldı.

İcra hakimiyyətinin qərarından sonra polis, şəhər təşkilatı binasını blokadaya aldı. CHP başqanı Özgür Özel isə xalqı binanın önünə toplaşmağa çağırdı.

8 sentyabr, 07:35 – Səhər saatlarında etirazçılar bina çevrəsində yeni barrikadalar qurmağa başladı. Barrikadalar qurularkən fəallar “Qurtuluş yox, tək başına. Ya hamımız birlikdə, ya heç birimiz”, “Bu daha başlanğıc, mücadiləyə davam” şüarları səsləndirdilər. Həmin vaxt barrikadaların qurulmasına mane olmağa çalışan polislə etirazçılar arasında qısa müddətlik qarşıdurma yaşandı.

8 sentyabr, 07:45 – İnternet məhdudiyyətlərini izləyən NetBlocks, bina polis mühasirəsinə alındıqdan sonra Türkiyədə bir çox sosial media platformalarında məhdudiyyətlərin tətbiq olunduğunu xəbər verdi. Səhər saatlarından etibarən sosial media məhdudiyyətləri hələ də qüvvədədir.

İfadə Azadlığı Təşkilatının məhdudlaşdırılmış saytı da X, Instagram, YouTube, TikTok, Facebook, WhatsApp, Telegram və Signal platformalarında məhdudlaşdırmalar tətbiq edildiyini müəyyən edib.

8 sentyabr, 08:21 – Daxili İşlər Nazirliyinin sosial mediada “xalq arasında nifrət və düşmənçilik yaratmaq” və “cinayət törətməyə təşviq” maddələri ilə əlaqədar, “provokativ dezinformasiya” yayımladığı qiymətləndirilən 14 şübhəli hesab sahibi barədə araşdırma başladığını açıqladı.

Gecə boyunca bir çox sosial media istifadəçisi evlərə basqınlar edilərək saxlanıldığını bildirdi.

8 sentyabr, 09:15 – CHP İstanbul İl Başçılığı önündə polis mühasirəsi davam edir. Polis vətəndaşların və jurnalistlərin keçidinə icazə vermir.

8 sentyabr, 09:30 – Qəyyum olaraq təyin edilən Gürsel Tekinin saat 12:00-da binaya gələcəyi gözlənilir. O deyib ki, CHP onun baba ocağıdır və heç kim onun binaya daxil olmasının qarşısını ala bilməz.

8 sentyabr, 10:55 – CHP-li millət vəkilləri İstanbul il binasında vətəndaşlarla birlikdə növbədədir, gözləmə davam edir. Medyascope Xəbərlər baş redaktoru Göksel Göksu bildirir ki, polis barikadaları keçib il başçılığına getmək mümkün deyil. “Qarşımda gördüyünüz polis barrikadasını keçmək heç cür mümkün olmadı. Yalnız millət vəkillərinin keçməsinə icazəverilir” deyə əlavə edir.

8 sentyabr, 11:01 – İmamoğlundan reaksiya: “Ölkəni hər gün yeni xaosa sürükləməkdən əl çəkin”.

Silivridəki Marmara Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı və CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlu, CHP İstanbul İl Başçılığının polis tərəfindən mühasirəyə alınmasına sərt reaksiya verdi.

“Partiya üzvlərimizin öz evləri olan il başçılığı binasına girməsinin qarşısını hansı qanunla alırsınız? Ölkənin asayişinə cavabdeh olan polis qüvvələrimizi necə bir siyasi partiyanın mühasirəsi üçün vasitə edirsiniz?” – İmamoğlu deyir.

8 sentyabr, 11:15 – Özgür Özel, CHP-nin proqram seminarı çərçivəsində keçirilən Təşkilat Nümayəndələri Məclisinə Murat Karayalçın və Hikmet Çetinlə birlikdə qatıldı. İstanbul İl Başçılığında növbə tutan partiya üzvləri də onlayn şəkildə toplantıya qoşuldular.

Toplantıya dəvət olunub qatılmayan Kemal Kılıçdaroğlunun protokol üzrə yeri ləğv edildi.

8 sentyabr, 12:00 – BirGün xəbər verir ki, polis CHP İstanbul Şəhər Təşkilatına getmək istəyən vətəndaşlara bibər qazı ilə qarşılıq verdi. Astma xəstəsi olan 54 yaşlı Mehmet Kanar hadisə zamanı vəziyyəti pisləşdi.

Müdaxilə zamanı ən azı 5 nəfər polis tərəfindən saxlanıldı.

8 sentyabr, 12:30 – Qəyyum təyin edilən Gürsel Tekin şəhər təşkilatı binasına doğru yola çıxır. Həmin dəqiqələrdə polis təşkilatın binası önündə növbə tutan CHP millət vəkillərinin üzərinə gözyaşardıcı qaz sıxır.

Şəhər təşkilatı binasına doğru yürüş etmək istəyən etirazçılar Gürsel Tekin və Kemal Kılıçdaroğluna qarşı narazılıq göstərirlər. Çıxış edən Göksel Göksu toplaşanda deyir:

“Biz 68 nəsliyik, cumhuriyyət bizim təminatımızdır. Atatürk və cumhuriyyət əleyhdarlarına bu ölkəni təhvil verməyəcəyik. Partiya içində bir xəyanətçi ortaya çıxıb. İllərlə partiya üzvü olub, sonra isə qəyyum təyinatı ilə gəlmək insanlıqdan kənardır.”

8 sentyabr, 12:45 – Canan Kaftancıoğlu sükutunu pozdu. CHP-nin keçmiş İstanbul Şəhər Təşkilatı sədri Kaftancıoğlu bildirib ki, açıqlama verməmə səbəbi yaranan vəziyyətə müsbət töhfə verə bilməyəcəyini və partiya daxilində parçalanmanı artıra biləcəyini düşünməsidir. O, Gürsel Tekinin Kaftancıoğlunun da onunla birlikdə hərəkət edəcəyi və şəhər təşkilatı binasına gələcəyi yönündəki açıqlamanı təkzib edib.

“Bütün partiya yoldaşlarımı soyuqqanlı olmağa çağırıram,” – deyə bildirib.

8 sentyabr, 13:00 – CHP İstanbul Şəhər Təşkilatı sədri Özgür Çelik: “Bu mühasirənin heç kimə xeyri yoxdur”. Özgür Çelik bildirib ki, İstanbul İcra Başçısı ilə əlaqə qura bilmirlər.

Polisin, partiyanın yerləşdiyi binanın bağçasına qədər müdaxilə etdiyini deyən Çelik əlavə edib:

“Binada yaşayan 3 minə yaxın insan belə öz evlərinə girə bilmir. Dünəndən bəri gərginlik yaradan bu mühasirənin heç bir mənası yoxdur.”

8 sentyabr, 13:30 – Gürsel Tekin bina önünə gələrək açıqlama verir.

O deyir: “Biz tam rahatıq” – lakin vətəndaşlar tərəfindən üzərinə su şüşəsi atıldığı üçün danışmağa ara verir.

Tekinin binada verdiyi açıqlamalardan önəmli hissələr:

“Mən və heyətim yaşanan hadisələrin heç bir hissəsində olmamışıq.”

“Bizə qarşı çıxan dostların bu enerjisini başqa vaxtda görmək istərdim. Gücləri ancaq bizə çatır.”

“Biz burda baba ocağını qorumaq üçün varıq.”

“Partiyanın içində heç kimi ayırmırıq. Çalışırıq ki, partiyamız bu böhrandan çıxaraq kimliyini qoruyub saxlasın.”

8 sentyabr, 14:20 – Gürsel Tekin polis müşayiəti ilə CHP İstanbul Şəhər Təşkilatı binasına daxil olur. Polis binada gözləyən vətəndaşlara müdaxilə edir.

8 sentyabr, 15:00 – Polislə birlikdə binaya daxil olan Gürsel Tekin salonda irəlilədikcə, oradakı vətəndaşlar “Ayıb olsun” deyərək etiraz edirlər.

Bir CHP üzvünün “Dostlarımız yuxarıda huşunu itirib” deməsinə qarşı Tekin cavab verdi: “Yeddi gün çalışdım, bu mənlik deyil”.

8 sentyabr, 16:36 – CHP İl Başçılıq binasını bağlama qərarı verdi. CHP, binaya polis müşayiəti ilə daxil olan Gürsel Tekinin gəlişindən sonra binanın fəaliyyətini dayandırmaq qərarına gəldi.

Sarıyer Rayon Seçki Komissiyasına təqdim edilən müraciət çərçivəsində, yeni şəhər konfransı keçirilib başçı və idarə heyəti seçilənə qədər, Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvana dair məlumat İstanbul İcra Hakimiyyətinə və Yargıtaya təqdim olunub.

Yeni şəhər təşkilatı binası olaraq Bahçelievler rayon təşkilatının binası təyin edildi. Qeyd edək ki, Özgür Çelik 8 oktyabr 2023-də şəhər təşkilatının başçısı seçilməzdən əvvəl burada 4 ilə yaxın rayon təşkilatı başçısı vəzifəsindəçalışmışdı.

8 sentyabr, 16:40 – Gürsel Tekin: “Gün bitənə qədər buradayam”. Sözcü TV-yə danışan Gürsel Tekin bildirib ki, gün sonuna qədər şəhər təşkilatı binasında qalacaq və partiya rəhbərləri ilə görüşməyi gözləyir.

8 sentyabr, 17:15 – DEM Partiyasından dəstək səfəri: “Bu müdaxilə demokratiyaya qarşı yönəlib”.

DEM Partiyası İstanbul Şəhər Təşkilatı Həmsədri Arife Çınarbina önünə gələrək deyib: “Türkiyədə adət halını almış kayyum siyasəti ilə üz-üzəyik. Demokratiyanı qorumağın yeganə yolu birgə mübarizədir”.

8 sentyabr, 17:35 – CHP İstanbul İl Başçısı Özgür Çelik, X platformasında paylaşım edərək bildirib: “İstanbul şəhər təşkilatı binası artıq partiya başqanımızın İstanbulda fəaliyyət göstərəcəyi iş ofisinə çevriləcəkdir. Şəhərimizə uğurlu olsun!”.

Mənbələr: [1]

Paylaş

Continue Reading

Previous: Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Related Stories

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025
Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib
  • Xarici

Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib

Sentyabr 2, 2025

Son Postlar

  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.