
“Onların istəyi bu idi ki, biz qorxaq, çəkinək.”
Türkiyədə hər il 25 noyabr – Qadına yönəlik Şiddətə Qarşı Beynəlxalq Mübarizə günü yürüşlər və nümayişlər keçirilir. 2024-cü ildə Taksim meydanında təşkil olunan yürüşdə 100 nəfərdən çox iştirakçı, o cümlədən 3 nəfər azərbaycanlı kuir saxlanılıb. Kuirlər bir həftə ağır şərtlər altında saxlanıldıqdan sonra Azərbaycana deportasiya olunub.
Pərvin Ələkbər də onlardan biridir. O, özünün və digər kuirlərin niyə xarici ölkələrə üz tutması və deportasiya edilənədək yaşadıqlarını bizimlə bölüşüb.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.