
ABŞ-da LGBTQ+ icmasına qarşı təzyiqlər yenidən güclənir. Trump-ın ikinci dəfə hakimiyyətə qayıdışı ilə transların səhiyyə, təhsil və idman hüquqları bir-bir məhdudlaşdırılır. Hətta böyük şirkətlər belə LGBTQ+ senzurasına qoşulub.
Bu videoda həm ABŞ-da yüksələn anti-LGBTQ+ ritorikasının təsirlərindən, həm də mübarizənin tarixi köklərindən danışırıq: Henry Gerber-dən Stonewall üsyanına, Marsha P. Johnson və Sylvia Rivera-nın ön cəbhədə durduğu o anlardan bu günə qədər.
Amerikada yaşayan azərbaycanlı LGBTQ+ şəxslər bizə öz hekayələrini danışır: yeni qanunlar onların gündəlik həyatına necə təsir edir?