Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Translar şəxsiyyət vəsiqəsini necə dəyişə bilər? – Blog
  • Yerli

Translar şəxsiyyət vəsiqəsini necə dəyişə bilər? – Blog

Qıy Vaar! Fevral 25, 2025

Tranzisiya dərin və şəxsi bir proses olub, yalnız bədəni deyil, həm də insanın həyatının bütün sahələrini dəyişir. Azərbaycanda, digər bir çox ölkələrdə olduğu kimi, trans kişilər bu yolda özünəməxsus çətinliklər və maneələrlə qarşılaşırlar. Bu yazı Azərbaycanda trans kişilərin tranzisiya prosesinin hüquqi, tibbi və sosial aspektləri daxil olmaqla xüsusiyyətlərini danışır.

Trans kişilər, gender identifikasiyası doğumda verilən cins ilə uyğun gəlməyən, lakin özünü kişi olaraq bəyan edən şəxslərdir. Bizlər yalnız cəmiyyətin təsdiqlədiyi gender normativlərindən kənar deyil, həm də genderimizi doğru şəkildə ifadə etmək üçün müxtəlif şəraitlərdə mübarizə aparırıq. Bu mübarizə yalnız fərdi olaraq deyil, həm də ictimai sahədə və hüquqi çərçivədə ciddi çətinliklərlə müşayiət olunur. 

Bizim hər birimiz təcrübələrimizi fərqli şəkildə yaşayırıq, amma çox vaxt qeyri-dəqiqlik, anlaşılmamaq və ya çox zaman gözümçıxdı ilə qarşılaşırıq. Bu, həm də ailə, dostlar və cəmiyyətin digər üzvləri ilə olan münasibətlərdə təzyiqə və mənfi münasibətə səbəb olur. Bəyanımıza görə, tibbi xidmətlərə, müvafiq təhsil və məşğulluq imkanlarına, həmçinin cəmiyyət tərəfindən kimliyimizin qəbul olunması məsələlərinə görə ayrı-seçkiliklərə məruz qalırıq. Belə vəziyyətlərdə yaşadığımız təcrübələr, sosial və emosional dəstəyin əhəmiyyətini bir daha gündəmə gətirir.

Bu period haqqında ümumi danışmalı olsam, onun bioloji, psixoloji, sosial və hüquqi tərəfləri var.

Bunların bir çoxu bizə bəlli olsa da, hüquqi məsələlərin Azərbaycanda necə irəlilədiyinin çox da şahidi ola bilmirik. Məqsədim aldığım müsahibə və öz təcrübələrimlə digər transların ağlında olan sualları cavablandırıb onları bu mövzuda daha da bilikləndirməkdir. Müsahibim Uğur trans kişidir. O, 2024-cü ildə hormon terapiyasına başlayıb. Hərşey elə bu il çərçivəsində baş tutub. Analizlərinin nəticəsinə uyğun olaraq ilk hormon iynəsini olub.

Mövzuya ilk öncə leqal ad və soyadın dəyişdirilməsi ilə başlamaq istəyirəm. Əgər məqsədimiz gender xanasından öncə bunu dəyişməkdirsə, o zaman diqqət etməli olduğumuz nüans uniseks (gender-neytral) olmasıdır. Soyadlarda sonluğu “zadə” və  “li” ən çox rastlaşdığımdır. Mən ad dəyişikliyinə müraciət edəndə, fərqli bir hal ilə qarşılaşmışdım. Normalda 1-3 ay aralığında həll olan bu məsələ məndə tam olaraq 2 il yekununda müsbət nəticələndi. Əgər doğum haqqında şəhadətnaməniz başqa ölkəyə aiddirsə, sənəd müraciətində proses uzanır. Yenə də. maksimum bir il çəkməli olan bu proses Asan Xidmətin səhlənkarlığı ucbatından. iki ilə uzandı. Doğulduğum şəhər adı, başqa ölkədə də olduğuna görə. mənim sənədlər səhv ölkəyə göndərildi. Bunu isə, məsələnin üstünə düşüb, Asan Xidmətə gedəndə öyrəndim. Beləliklə təkrar müraciət etməli oldum. Bu isə, dövlət rüsumunu ikinci dəfə ödədiyim və prosesə başdan başlamaq məcburiyyətində olduğum mənasına gəlir. 

İnternet axtarışlarım zamanı  “Vəsiqədəki cins xanasını necə dəyişmək mümkündür?” mövzusunda yetərli mənbələrə rast gəlmədim. Bu mövzu ilə bağlı, ən son 2018-ci ilə aid yazı tapdım, amma çox təəssüf ki, bu yazıların hər birində transfob yanaşmalar var.

Müsahibimin sözlərinə görə, hüquqi məsələlərlə bağlı yaxın dostu ona yardım edib. Cins xanasını dəyişə bilmək üçün isə, bir sıra əməliyyatlara girməli olduğunu vurğulayan Uğur, bunun bir növ məcburiyyət olduğunu mənə qeyd etdi. O histerektomiya və iki mərhələli penis əməliyyatlarını edib. Sentyabr 2024-cü ildə histerektomiya  əməliyyatı, 24 gün sonra isə penis əməliyyatının birinci mərhələsi baş tutub. Yəni 25 sentyabr birinci mərhələ, 11 oktyabr isə penis əməliyyatının ikinci mərhələsi oldu. Bu isə 1 ay yarım müddətində 3 əməliyyat deməkdir. Sadaladığım əməliyyatlar ağır sayıldığı üçün, bu qədər ard-arda icra edilməməsi daha məqsədyönümlüdür. Öncəliyimiz həmişə sağlamlığımız olmalıdır. Sağalma periodu bir tək fizikidən ibarət deyil, bunun həm də psixoloji tərəfləri vardır. Ona görə də, özümüzə dincəlmək üçün zaman verməyi göz ardı etməməliyik.

Uğur əməliyyatları ola bilmək üçün Türkiyəyə gedib. Bu əməliyyatları olduqdan sonra sənəd işləri başlayıb və bu periodda hüquqşünas dostu məsələyə daxil olub. Əməliyyatlarla bağlı arayışları olduğuna görə, o həm doğum haqqında şəhadətnaməsini, həm də şəxsiyyət vəsiqəsini dəyişdirə bilib. Əks halda bu mümkün deyil. Bunu sizi əməliyyat edən cərrah yazır. Ardıyca o, məhkəmə olmadan bir başa Asan Xidmətə yaxınlaşdığını və sadəcə dövlət rüsumunu ödəməyin kifayət olduğunu qeyd etdi. Amma unutmayaq ki, əməliyyata daxil olduğunuz ölkədə arayışları notariat qaydada təsdiq etmək lazımdır. Beləliklə, Asan Xidmət qeydiyyat şöbəsinə yaxınlaşan Uğur, müraciətini bitirib. Hər hansısa rüşvət söhbəti olmayıb və o düşünür ki, buna səbəb hüquqşünas dostunun orada olmasıdır.

Bu məqam ağlımıza gələn suallardan biri isə trans kişilərin hərbi xidmətə getməsi nə qədər təhlükəsizdir? Ümumiyyətlə gedə bilmə kimi bir mövzu var?

Gender xanası dəyişdikdən sonra, sistemdə artıq kişi olarak qeyd olunursunuz. 18 yaşı keçdiyiniz üçün hərbi bilet məsələsi ortaya girir. Hərbi bilet olmadığına görə də, komissiyadan keçmək məcburiyyətindəsiniz. Əldə etdiyim məlumata görə, komissiyaya gedəndə ömürlük yarasız deyə bilet əldə edirsiniz. Bu o deməkdir ki, bu şəxs həm müharibə, həm də əsgərlik dövründə dövlətə yararsızdır. Amma tam olaraq bu prosesin nüansları bizə məchuldur.

Məlumatsız olduğumuz bu kimi mövzularda necə düzgün cavablar tapa bilərik? 

Bir çoxları məlumatı olmadığı üçün necə irəliləyəcəyini bilmir. Uğurun dediyinə görə, o əməliyyatdan öncə heç bir məlumatının olmadığını və beynində sadəcə olaraq, ilk öncə əməliyyatları olmaq, daha sonra isə nəyi necə edəcəyinii araşdırmaq idi. Nəzərdə tutulan əməliyyatların hər biri, özü-özlüyündə ağırdır. Hətta araşdırmalar göstərir ki, bir çox trans bu çətin perioda qarşı olan qorxusuna görə əməliyyatlardan qaçır. Əlbəttə ki, mövzu təkcə əməliyyatlar deyil. Bu zaman zərfində həm maddi, həm mənəvi dəstəyin olmamasıdır. Gender adaptasiya illərlə davam edən bir prosesdir. Gəlin görün ki, Azərbaycanda gender adaptasiya mövzusunda neçə psixoloq taparıq ki?Translar üçün Azərbaycanda yaşamağı davam etdirmək hər mənalı çətindir. Nəticə etibarı ilə, insanlar daha rahat tranzisiya edə bilmək üçün avropa ölkələrinə çıxmağa çalışırlar. Ailələrin bu mövzuda dəstəkləyici pozisiyada olmasını xəyal edirik həmişə, amma reallıqda çox təəssüf ki, çox zaman belə olmur.

Paylaş

Continue Reading

Previous: ILGA-Europe 2025 hesabatı: Azərbaycanda LGBTQ+ hüquqlarının vəziyyəti kritikdir
Next: İndoneziyada iki tələbə homoseksuallığa görə 165 şallaq cəzasına məhkum edilib

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.