İnstitusional transfobiya nədir? Trans icmaları nə üçün görünür ola bilmir? suallarını müzakirə edəcəyimiz epizodun qonağı Vüsalədir. Seriya boyu Azərbaycanda trans icmalarının üzləşdiyi problemlərdən bəzilərini, səbəbləri və LGBTİQ+ icmasına qarşı olan dövlət, polis basğıları, transfob məkanlar, son illərdə bloqqer və jurnalistlərin adı ilə olunan hücumlar haqda danışmışıq.
Aparıcı: Əli Məlikov
Qonaq: Vüsalə Hacıyeva

Əli Məlikov
LGBTQ+ icmasının səsini gücləndirmək üçün media sahəsində aktiv fəaliyyət göstərən queer aktivistəm. Sosial media və müxtəlif platformalar vasitəsilə LGBTQ+ haqları, gender bərabərsizliyi və trans və kuir icmasının gündəlik problemləri barədə maarifləndirici videolar və məqalələr hazırlamaqla, ictimaiyyəti məlumatlandırmağa və dəyişiklik yaratmağa çalışıram. Qıy Vaar! platformasının qurucularından biri və idea müəllifiyəm.