Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Trans qadınla nişanlanan oğlan yaşadığı kənddən qovulub
  • Yerli

Trans qadınla nişanlanan oğlan yaşadığı kənddən qovulub

Qıy Vaar! Fevral 7, 2025

Sosial mediada talış bölgəsindəki rayonlarından birində rayonun ucqar kəndlərindən birinin sakini olmuş oğlanın Bakıda tanış olduğu trans qadınla nişanlanmasından sonra o və nişanlısının kənddən qovulması haqda xəbərlər yayılıb.

Ölkə.Az 6 fevral tarixində yazır ki, bir müddət əvvəl işləmək məqsədilə Bakıya gələn oğlan bir trans qadınla tanış olub və həmin şəxslər birgə yaşayıblar. Daha sonra oğlanın atası onun münasibətdə olduğu şəxsi sisgender qadın zənn edərək rayona dəvət edib. Məlumata görə, oğlanın atası yaxın qohumları bir araya toplayaraq onlara nişan mərasimi keçirib. Qadının trans olduğunu bildikdən sonra kənd camaatı cütlüyü 2 gün sonra kənddən qovub.

Sosial mediadakı xəbərlərdə trans qadının oğlanın atasının onları ayırmaq üçün Möhsünü polisə şikayət etdiyini və onu narkotik istifadəçisi olmaqda ittiham etdiyi deyilir. Lakin onun şikayətinin nəticə ala biləcəyi isə sual altındadır.

LGBTQ+ icması içərisində mütəmadi olaraq Azərbaycanda polisin şikayətlərə baxmamasına qarşı səslər yüksəlir. İcma üzvləri dəfələrlə dövlət qurumlarının onlar üçün əlçatan olmadığını deyiblər. Bu səbəbdən də zərərçəkənlərin təhlükəsizliklərinin təmin olunması və hadisə ilə bağlı geniş açıqlama öyrənmək çətindir.
Transgender Avropa təşkilatının Trans Hüquqları Xəritəsinə görə Azərbaycan ən aşağı reytinqli ölkələr sırasındadır.

Paylaş

Continue Reading

Previous: Trampın qayıdışı və sağçı dalğa: Azərbaycanda LGBTQ+ icmasını nə gözləyir?
Next: Jurnalist Səidə Bəkirqızından anti-LGBTQ çıxış

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.