Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Trans qadını küçədə daşladılar – Bakıda transfob hücum
  • Yerli

Trans qadını küçədə daşladılar – Bakıda transfob hücum

Qıy Vaar! Sentyabr 15, 2025

Bakıda Neftçilər metrosu yaxınlığında küçədə hərəkət edən trans qadına qarşı hücum edilməsi ilə bağlı görüntülər yayılıb. Videodan görünür ki, avtomobildə üç kişi öz aralarında danışır və hadisəni lentə alır. Onlardan biri telefon vasitəsilə canlı yayım aparır, digəri isə əlində daş tutaraq avtomobilin pəncərəsini açır və ağır təhqiramiz ifadələr səsləndirir. Daha sonra həmin şəxs daşı trans qadına atır və ayağından vura bildiyini deyir.

Görüntülərdə maşındakıların sürətini artıraraq hadisə yerindən uzaqlaşdığı da görünür. Videodaki şəxlərin bunu həm də izlənmə xatirinə etdiyi çox açıqdır. Onlar öz aralarında canlıya nə qədər adamın baxdığını danışırlar. Yayılan videoda isanların izlənmək üçün transları hədəf alması və hətta canlıyı izləyən insanların rəylərdə gülüş ataraq transları lağa qoyması aydın görünür.

Dövlətin cinayət hadisələrinə etinasızlığı transfobiyanı o qədər tirajlayıb, normallaşdırıb ki, insanlar transfob cinayət törədərkən bunu videoya çəkməkdən, hətta canlı yayımda sosial mediada göstərməkdən çəkinmirlər.
Videoda açıq-aşkar cinayət törədən, zərərçəkmiş trans qadının şəxsiyyət və ləyaqətini alçaldan, ayrıseçkilik və nifrət tirajlayan şəxslərin cəzalandırılmasını tələb edirik!

Paylaş

Continue Reading

Previous: Rusiyada “Pussy Riot” üzvlərinə 13 ilədək qiyabi həbs hökmü oxundu
Next: Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.