
Sosial mediada talış bölgəsindəki rayonlarından birində rayonun ucqar kəndlərindən birinin sakini olmuş oğlanın Bakıda tanış olduğu trans qadınla nişanlanmasından sonra o və nişanlısının kənddən qovulması haqda xəbərlər yayılıb.
6 Fevral tarixində yayılan xəbərlərdə oğlanın atası onun münasibətdə olduğu şəxsi sisgender qadın zənn edərək rayona dəvət etdiyi, oğlanın atasının yaxın qohumları bir araya toplayaraq onlara nişan mərasimi keçirdiyi, daha sonra isə qadının trans olduğunu bildikdən sonra kənd camaatının cütlüyü 2 gün sonra kənddən qovduğu deyilirdi.
Qıy Vaar! platforması üçün danışan zərərçəkən Larisa bizə hekayəni daha ətraflı detalları ilə danışdı. Larisa deyir ki, onlar kənddən qovulmayıb, nişanlısının atası Bakıya gələrək onlar haqqında saxta şikayətlər verib. Daha sonra isə nişanlısı ilə ayrılmalı olublar.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.