

Sky News-a istinadən
Londonda minlərlə trans hüquqları fəalı küçələrə çıxaraq Böyük Britaniya Ali Məhkəməsinin mübahisəli qərarına etiraz edib. Qərarda 2010-cu il Bərabərlik Aktındakı “qadın” və “cins” anlayışlarının yalnız “bioloji qadın” və “bioloji cins” kimi başa düşülməsi göstərilib. Gender tanınma şəhadətnaməsi (Gender Recognition Certificate), bir transın rəsmi sənədlərdə (pasport, şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi və s.) özünü istədiyi genderdə təqdim edə bilməsi üçün verilən rəsmi kağızdır.
Amma son Ali Məhkəmə qərarına görə gender tanınma şəhadətnaməsi olan trans qadınlar artıq hüquqi baxımdan “qadın” sayılmır və müəyyən yerlərə girişləri məhdudlaşdırıla bilər.
Etiraz aksiyası Vestminsterdəki Parlament Meydanında baş tutun, çüxtəlif fəal qruplar, həmkarlar ittifaqları və icma təşkilatları iştirak edib. Ərazidə Millicent Fawcett və Jan Christian Smuts-un heykəlləri üzərinə şüarlar yazılıb.


Metropolitan Polisi heykəllərin zədələnməsi ilə bağlı cinayət təhqiqatına başladığını açıqlayıb. Polis rəsmisi Stuart Bell bu vandalizmi “qəbuledilməz” adlandıraraq, ictimaiyyətin etiraz hüququna hörmətlə yanaşdıqlarını, lakin cinayətə qarşı tədbir görüləcəyini bildirib.
Eyni gündə Şotlandiyanın Edinburq şəhərində də “Resisting Transphobia” qrupu yürüş təşkil edib.

TransActual təşkilatının strateji direktoru Keyne Walker Sky News-a bildirib:
“İnsanlar həm qəzəblidir, həm də narahatdır. Amma biz burdayıq, çünki gedəcək yerimiz yoxdur. Biz əvvəllər də bu kimi durumlarla qarşılaşmışıq və mübarizəmizi davam etdirəcəyik.”
Ali Məhkəmənin qərarı ölkə üzrə ciddi müzakirələrə səbəb olub. Bəzi siyasətçilər və feminist qruplar qərarı dəstəkləsə də, fəallar bunun trans şəxslərin hüquqlarını ciddi şəkildə məhdudlaşdıracağını bildirir.
Məşhur irlandiyalı aktrisa Nicola Coughlan qərardan sonra “Not A Phase” adlı trans hüquqları təşkilatına 100 min funt sterlinqdən çox ianə topladığını açıqlayıb.
